Yuxarı

Zakir Həsənov gəncləri təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov gəncləri təbrik etdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gənclər Günü münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən gəncləri təbrik edib.

Axar.az Müdafiə Naziriyinin rəsmi saytına istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli zabitlər, gizirlər, çavuşlar və əsgərlər!

Əziz gənclər!

Sizi Gənclər Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir və Vətənimizin layiqli müdafiəçiləri kimi Sizə ən xoş arzularımı bildirirəm.

Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin əsasını qoyduğu Dövlət Gənclər siyasəti Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gənclərin orduya hazırlanması, milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi ölkə rəhbərinin fəaliyyətində prioritetdir. Ölkəmizdə Gənclər Evləri, Olimpiya İdman Kompleksləri, idman-sağlamlıq mərkəzləri yaradılmış və gənclərin sosial problemlərinin həlli sahəsində böyük nailiyyətlər əldə olunub. Gənclərimiz beynəlxalq idman arenalarında əldə etdikləri qələbələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırırlar.

Bu gün Azərbaycan gəncləri Silahlı Qüvvələrdə xidməti özlərinə şərəf bilir və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirirlər. Silahlı Qüvvələrdə xidmət edənlərin böyük hissəsi gənclərdir. Hərbi xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir, səngərdə, döyüş mövqeyində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində düşmən təxribatlarının qarşısı qətiyyətlə alınır.

Azərbaycanın ərazi bütövlüyü qorunmasında, düşmənin kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərinə Vətən üçün layiqli övladlar böyütdüklərinə görə bir daha minnətdarlığımı bildirirəm. Şəhidlərin qisası alınır və bundan sonra da alınacaqdır.

İnanıram ki, Ordu gəncləri Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər torpaqlarımızda dalğalandıracaqlar".

Tarix
2015.02.02 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan xəbərdarlıq: İsrailə getməyin!

İranda olan Azərbaycan vətəndaşlarına çağırış

Netanyahu İrana qarşı hücumun adını dəyişdirdi

Bayram Beqay Azərbaycana gəlir

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla