Yuxarı

Türkiyə tarixdə ilk dəfədir ki, TANAP-la... - Ərən

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə tarixdə ilk dəfədir ki, TANAP-la... - Ərən

Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) uğurla başa çatması, istifadəyə verilməsi və TAP xəttinə birləşməsi ulu öndər Heydər Əliyevin böyük ideyalarının təntənəsidir.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) sədri Hikmət Ərən deyib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” ifadəsinin nəsillərə örnək və həyat gerçəkliyi olduğunu qeyd edən Hikmət Ərən bildirib:

“TANAP ideyasının ortaya çıxması və hazırkı vəziyyəti sözün əsl mənasında Azərbaycan və Türkiyə xalqları üçün bəxtiyarlıqdır. Türkiyə tarixdə ilk dəfədir ki, özünün təbii qaz tələbatını indiki qədər rahat yolla və təhlükəsiz qaydada təmin edir. Bu təchizat bütün parametrlər üzrə təhlükəsizlik deməkdir. Eyni zamanda, Azərbaycan da karbohidrogen ehtiyatlarının ixracı ilə bağlı öz maraqlarını təmin edən qərarlar verir və bunu reallığa çevirir”.

Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin tarixi əhəmiyyətini yüksək dəyərləndirən EkoAvrasiya dərnəyinin sədri əminliklə bildirib ki, Avropa istehlakçıları TANAP-dan bəhrə gördükcə Azərbaycan və Türkiyənin bundan sonrakı birgə layihələrində iştirak etməyə xüsusi maraq göstərəcəklər.

Tarix
2019.12.02 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla