Yuxarı

Azərbaycan döyüş təyyarə və helikopterlərini havaya qaldırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan döyüş təyyarə və helikopterlərini havaya qaldırdı

Bu gün irimiqyaslı təlimlərin döyüş atışları icra olunmaqla əsas mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən qəflətən döyüş hazırlığı vəziyyətinə gətirilən birləşmə və hərbi hissələrin ön dəstələri dəstək zolağını qət edərək şərti düşməni məhv etməklə hücum edən əsas qüvvələrin döyüşə girməsini təmin etmək tapşırığını müvəffəqiyyətlə yerinə yetiriblər.

Qoşunlar əvvəlcədən hazırlanmamış ərazidə "düşmənə" atəşlə təlafat verərək, onunla bilavasitə təmas vəziyyətindən hücum əməliyyatları üzrə tapşırıqları yerinə yetiriblər.

Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərələliyi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.

Təlim poliqonunda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.

Tarix
2015.02.04 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla