Yuxarı

Xalq artistindən Mehriban xanıma: Bakı o Bakıdır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistindən Mehriban xanıma: Bakı o Bakıdır?

Ötən gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub.

Axar.az xəbər verir ki, xalq artisti Əlibaba Məmmədovla Birinci vitse-prezident Mehriban Əliyeva arasında səmimi dialoq baş tutub.

Həmin dialoqun bir hissəsini təqdim edirik:

Xalq artisti Əlibaba Məmmədov: Mən olanı deyirəm, vallah Siz çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz, zəmanəmizin Hacı Zeynalabdinisiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun, Əlibaba müəllim. Mən Prezidentin də böyük salamlarını sizə çatdırıram.

Xalq artisti Əlibaba Məmmədov: Prezidentimizi də bağrıma basıram.

Birinci vitse-prezident Mehriban Əliyeva: O, sizi çox sevir, dedi ki, mənim böyük salamlarımı Əlibaba müəllimə çatdır. Sizə möhkəm cansağlığı arzuladı.

Xalq artisti Əlibaba Məmmədov: Sağ olsun, var olsun. Öz aramızdı, baxın, 15 ildə nə qədər işlər görmüsünüz, kim edə bilər? Prezidentimiz 15 ildir bizə rəhbərlik edir, xalqımızı idarə edir. Baxın, görün, Azərbaycan o Azərbaycandır, Bakı o Bakıdır?

Birinci vitse-prezident Mehriban Əliyeva: Bəli, ölkəmizdə böyük işlər görülüb.

Xalq artisti Əlibaba Məmmədov: Böyük işlər görüb, yenə də görür, indi lap böyük işlər görür. Bunun hamısını yerinə qoyub. Bilirsiniz, mən siyasətçi deyiləm, mən muğam ifaçısıyam, azdan-çoxdan şeriyyat bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin adından, öz adımdan deyirəm ki, var olun, dünyada nə gözəl şeylər var, hamısı Sizə qismət olsun.

Tarix
2019.12.05 / 09:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla