Yuxarı

Seyidovdan sərt reaksiya: Bu cür yanaşma...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seyidovdan sərt reaksiya: Bu cür yanaşma...

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin iclasında Azərbaycanla bağlı qəbul olunmuş hesabata münasibət bildirib.

Milli Məclisin deputatı Report-a açıqlamasında deyib ki, Sunna Torhildur Evarsdottirin Azərbaycanla bağlı hazırladığı məruzə başqa hesabatlardan fərqli olaraq hüquqi nöqteyi nəzərdən peşəkar şəkildə yazılmışdı:

"Bu cür yanaşma bizim üçün daha qəbulolunandır. Başqaları siyasi manipulyasiyalar etməyə çalışır, müxtəlif siyahılar təqdim edir, müxtəlif adamların adlarını çəkirdilər. Ancaq burada heç kimin adı yoxdur, konkret olaraq Avropa Məhkəməsinin qərarlarının Azərbaycanda həlli və həyata keçirilməsindən söhbət gedir. Biz də öz tərəfimizdən qarşı tərəflə əməkdaşlıq etməyə hazırıq".

Xatırladaq ki, dekabrın 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçirilir. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edirlər.

Tarix
2019.12.11 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla