Yuxarı

SSRİ-də Heydər Əliyevdən yaxşısı yox idi - Gennadi Şmal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SSRİ-də Heydər Əliyevdən yaxşısı yox idi - Gennadi Şmal

Keçmiş SSRİ-də idarəçilik baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək şəxs yox idi.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşərkən söyləyib.

O qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində iqtisadi, sosial və mədəni həyatın ən mühüm sahələrinə rəhbərlik edirdi.

“Onun keçirdiyi müşavirələrdə mən də dəfələrlə olmuşam. O vaxt hökumətin tərkibində operativ məsələlər üzrə komissiya vardı. Əslində, Heydər Əliyevin rəhbərlik etdiyi bu komissiya bütün ölkə iqtisadiyyatını idarə edirdi. Hökumətin başçısı siyasi məsələlərlə məşğul idi, cari məsələlər isə Heydər Əliyevin üzərinə düşürdü. O vaxt cari məsələlər indikindən çox idi, çünki ölkə böyük idi. Lakin Heydər Əliyev bütün məsələlərin öhdəsindən bacarıqla gəlirdi. O, əvvələn, bilikli, ikincisi, istedadlı insan idi və ən başlıcası, onun xarakteri vardı. Bu amillər Heydər Əliyev səviyyəli insan üçün çox vacib idi. Onu həmişə diqqətlə dinləyir, eşidir və dediklərinə əməl edirdilər. Həmin mürəkkəb dövrdə Heydər Əliyev Sovet İttifaqı üçün çox iş görüb. Heydər Əliyev Sovet İttifaqı tarixində böyük iz qoyub”, - deyə G.Şmal vurğulayıb.

Tarix
2019.12.11 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla