Yuxarı

“Hər şey bu axşam məlum olacaq...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Hər şey bu axşam məlum olacaq...”

"Mən bu məsələni amerikalı deputatdan öncə söyləmişəm. Onda da qeyd etmişdim ki, ruslar Qarabağ situasiyasını Ukraynada tətbiq etməyə çalışırlar. Ancaq bunun nə zaman baş tutacağı və yaxud sülh sazişinin reallaşıb-reallaşmayacağı hələlik məlum deyil".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya tətbiq etdiyi təzyiqlərin nəticəsi göz qabağındadır:

"Rusiya sanksiyaların və neftin qiymətinin kəskin düşməsi nəticəsində hazırda çox pis vəziyyətə düşüb. Eynilə Ukrayna da bu vəziyyətdədir. Real olan odur ki, Rusiya ordusu Ukrayna ordusundan qat-qat güclüdür. Ukraynada heç ordu da olmayıb. Çünki Sovet İttifaqı dövründə Ukrayna Rusiyanın bir hissəsi olub. İndi Putin Ukraynanı darmadağın etməklə hədələyir. Hazırda vəziyyət belədir. Görək hansı razılığa gələcəklər. Olland və Merkel Putinlə o ki var razılığa gəlməyə çalışacaqlar. Nəticələri gözləməliyik. Hər şey bu axşam məlum olacaq. O ki qaldı razılığın əldə olunmasına, bu, elə qeyri-mümkün bir şey deyil. Ancaq hər nə olursa-olsun, Rusiyaya qarşı sanksiyalar aradan qalxmayacaq. İnanmıram ki, Putin Ukrayna və Qərbi təmin edən bir varianta razılıq versin. Əgər Qərb Ukraynanı xilas etmək üçün bu ölkə ilə bərabər Putinin şərtlərini qəbul etsə, sonradan bu, yenə pozulacaq və müharibə yenidən qızışacaq. Buna görə də vəziyyət hələ çox kövrəkdir".

Xatırladaq ki, Ukrayna hökumətilə separatçılar arasında imzalanmış Minsk razılaşmasının müddəalarına toxunan və adını açıqlamayan diplomat ABŞ-ın Nyu York Tayms qəzetinə "bu, sülh planı yox, Ukraynada yeni Dnesteryanı və ya Abxaziya yaratmaq üçün bir yol xəritəsidir", - deyə qəzetə bildirib.

Tarix
2015.02.06 / 22:35
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla