Yuxarı

Nazir: Bu, dünyanın heç bir ölkəsində yoxdur - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: Bu, dünyanın heç bir ölkəsində yoxdur - Video

Dünyanın heç bir ölkəsində təbii fəlakət və ya texniki səbəbdən əhalinin əmlakına dəyən zərəri dövlətin ödəməsi ilə bağlı təcrübə yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin inzibati binasında keçirilən təntənəli iclasda çıxışı zamanı deyib.

O bildirib ki, möhtərəm cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun humanist fəaliyyəti nəticəsində ölkəmizdə baş vermiş sel, zəlzələ, yanğınlar zamanı zərər çəkmiş vətəndaşlara kompensasiyalar ödənib, onlar üçün evlər tikilib:

“Bu, başqa dövlətlərdə yoxdur. Bu məsələ bizim ölkənin qanunvericiliyində də öz əksini tapıb. Hər bir fərd özünü, həyatını sığortalamalıdır. Əmlaka sahib olurlar, ticarət mərkəzləri tikirlər, hər bir şeyi gözəl bəzəyirlər, onlara şərait yaradılır, amma bunun sığorta məsələlərinə diqqətsiz yanaşırlar. Haqsız olaraq da dövlətdən kompensasiya istəyirlər”.

Nazir qeyd edib ki, idxal olunan və ya daxildə istehsal edilən, yaxud satışa təqdim edilən malların sığortalanması qanunvericilikdə öz əksini tapıb.

Nazir həmçinin əlavə edib ki, qeyd olunan məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin və bu sahə ilə məşğul olan digər dövlət qurumlarının fəaliyyəti artırılmalıdır:

“Birincisi insan təhlükəsizliyidir. Bizim cəsur yanğınsöndürənlərimizin apardığı aktiv işlərin nəticəsində insan həyatına təhlükə törənməyib, onlar xilas ediliblər. Amma mülklərinin, mallarının zərər çəkməsi halları olub. Əgər biz sığorta mədəniyyətini kiçik və orta sahibkarlar arasında formalaşdıra bilsək, gələcəkdə problemlərlə üzləşmərik. Olsa da, sayı az olar”.

Nazir vurğulayıb ki, heç kim heç nədən sığortalanmayıb. Heç kim zəmanət verə bilməz ki, evdə və ya ticarət mərkəzlərində bu və ya digər səbəbdən heç vaxt qəza baş verməyəcək:

“Ona görə də əhali, iş adamları diqqətli olmalıdırlar. Bəzən biz biçilməmiş taxil sahələrinin yandırılmasına rast gəlirik. Bu nədən olur? Biçilmiş taxıl sahələri yandırılır və bu yanğın biçilməmiş taxil sahələrinə də keçir. Nəticədə il ərzində çəkilmiş zəhmət hədər gedir, həm də ərazidəki digər infrastrukturlara zərər dəyir. Maarifləndirmə işlərini, nəzarəti gücləndirmək və digər yollarla bunları vaxtaşırı əhalinin diqqətinə çatdırmaq lazımdır”.

Nazir dünyada baş verən meşə yanğınlarına da diqqət çəkib və bildirib ki, bunlardan bəzilərini aylarla söndürmək olmur.

K.Heydərov qeyd edib ki, bəzi yerlərdə yanğınlar qəsdən törədilir:

“Bəzi yerləri qəsdən yandırırlar. Meşədə olan ağacları kəsib, izi itirmək üçün yanğın törədirlər. Bu isə cəmiyyətdə müxtəlif söz-söhbətlərə səbəb olur: niyə yandı, necə yandı, necə oldu?

Hər halda media orqanlarının da diqqətinə çatdırmaq istəyirəm ki, bu və ya digər hadisə barədə FHN və digər orqanlar tərəfindən rəy verilməyənə qədər hadisə haqda ehtimalları işıqlandırarkən diqqətli olsunlar”.

Tarix
2019.12.16 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi - Yenilənir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla