Yuxarı

Əliyev Münhendə Qərbə hansı gizli mesajı verdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndiki yaranmış vəziyyət Qərbi sövq edə bilər ki, "Nabukko"ya geri dönsün".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu söyləyib.

O, "Nabukko" ilə TAP və TANAP arasında elə böyük fərq olmadığını bildirib:

"Bir çox neft-qaz layihələri daha çox siyasi xarakter daşıyır. Rusiyanın Türkiyə ilə birlikdə hazırladığı qaz kəməri çox böyük bir layihədir və bunun bazara çıxması Xəzərətrafı ölkələrlə Moskva arasında böyük rəqabət yarada bilər. Rusiyanın qarşısında duran əsas məqsəd rəqiblərini önləməkdir. Təsadüfi deyil ki, bu gün TAP və TANAP-ın keçməli olduğu Türkiyə Rusiya ilə razılığa gəlir. Məncə, burada Moskva Ankaraya xeyli güzəştlər etmiş olur. Bilirsiniz ki, hazırda Türkiyə ilə Qərb münasibətlərində xeyli ziddiyyətli məqamlar var. Bu baxımdan "Nabukko"nun daha böyük, daha həcmli layihə kimi gündəmə gəlməsi aktuallaşır. Əslində, bir çox ölkələr üçün bu proyekt heç vaxt gündəmdən çıxmamışdı. Sadəcə olaraq, Türkiyənin TAP və TANAP-ı seçməsi, Azərbaycanın da bu xətti tutması Avropa dövlətlərini bir qədər gözləmə mövqeyinə keçirtdi. Amma indi geosiyasi situasiya, Rusiya-Qərb münasibətləri dəyişir. Bu münasibətlər kəskinləşməkdə davam edir. Hazırda Türkiyənin Rusiyanın qaz məsələsində bu qədər ortaq olması başqa alternativlər axtarmağa imkan verir. Bu alternativlərdən biri də "Nabukko"dur. Doğrudur, "Nabukko" ilə TAP və TANAP arasında elə böyük fərq yoxdur. Amma mən istisna etmirəm ki, "Nabukko" tamamilə yeni bir keyfiyyətdə gündəmə gələcək. Onun necə olacağını söyləmək çətindir. Bu bir çox amillərdən asılıdır. Təbii ki, burada maliyyə məsələsi də var. Çünki Azərbaycanın "Nabukko"dan imtina etməsinin səbəblərindən biri də Qərb dövlətlərinin bunu maliyyələşdirməkdən imtina etməsi idi. Görünən budur ki, neftin ucuzlaşması və Azərbaycanın gəlirlərinin azalmasından sonra Avropanın, Qərbin burada iştirakı mütləqdir. "Nabukko" hələ tarixə qovuşmuş layihə deyil. Yaxın iki-üç ayda bu haqda nəsə sürprizlər görsək, təəccüblənmərik".

Politoloq Münhendə İlham Əliyevin "Nabukko"dan danışmasının təsadüfi olmadığını deyib:

"Əslində, İlham Əliyev "Nabukko" ilə bağlı məsələni sətiraltı səsləndirdi. Amma hökmən deyil ki, hansısa bir məsələ haqqında mütləq çılpaqlığı ilə danışasan. Siyasətdə eyhamlar kifayət edir. Hansısa bir şeyin adını çəkmək nə demək istədiyini başa düşməyə kifayət edir. Deyək ki, "Nabukko" adını çəkməyə nə ehtiyac var idi? Əgər bunun adı çəkilirsə, demək, mümkün variant kimi nəzərdən keçirilir. Münhen konfransındakı müzakirənin mövzusunu da nəzərdən qaçırmaq gərək deyil. Söhbət ilk növbədə enerji diversifikasiyasından gedirdi. Bildiyiniz kimi, enerji diversifikasiyası bu gün NATO-nun əsas prioritetlərindən biridir. Buna görə də təsadüfi deyil ki, bu mövzuda söhbət Davosda yox, Münhen Təhlükəsizlik Konfransında səsləndirilir. Yəni indiki yaranmış vəziyyət Qərbi sövq edə bilər ki, "Nabukko"ya geri dönsün. İlham Əliyev çıxışında vurğuladı ki, bu məsələyə səmimi yanaşma olmalıdır. Ona görə də bir daha deyirəm ki, Türkiyənın "qaz boğçası" yaratmaq istəməsi və bəzən çox ciddi əsaslar olmadan ortaya böyük siyasi ambisiyalar qoyması Qərbi artıq ondan çəkindirir. Türkiyə faktiki olaraq Xəzəryanı dövlətlərin qazını və Rusiyanın qazını öz ərazisindən ötürməklə həlledici dövlət rolunu oynamağa çalışır. Mən qorxuram ki, Qərb bununla razılaşmaya bilər. Ona görə də "Nabukko" yeni keyfiyyətindən danışanda biz bu kəmərin Qara dənizdən keçməsini də təsəvvür edə bilərik. Çünki əgər Rusiya Qara dənizin dibi ilə kəmər çəkirsə, ondan qat-qat zəngin olan Qərb niyə bu addımı atmasın?"

Tarix
2015.02.08 / 11:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla