Yuxarı

Lamiyənin anası müsahibə verdiyini dandı: "Aslanov edib"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lamiyənin anası müsahibə verdiyini dandı: "Aslanov edib"

"Məndən ANS TV müsahibə istədi, vermədim. Mən heç kimə müsahibə verməmişəm. Həmin müsahibəni yəqin ki, Aslan Aslanov mənim adımdan yaydırıb".

Bu sensasiyalı sözləri musavat.com-a məhkum Lamiyə Quliyevanın anası Kifayət Quliyeva deyib. O bildirib ki, dünən (fevralın 7-də) 4 saylı Cəzaçəkmə Müəssisəsində qızı ilə görüşüb: "Vəziyyəti yaxşıdır. 5-cü gün məhkəmə olacaq".

Belə xəbərlər də var ki, L.Quliyevanın efirə çıxarılması üçün ona təzyiqlər olunur. Məhkum qadını efirə çıxarmaqla, bu günə qədər yazılanların dolayısı ilə də olsa, təkzib edilməsi, Aslan Aslanovun "təmiz"ə çıxarılması məqsədi güdülür.

Qeyd edək ki, L.Quliyevanın anası Ulduz Quliyeva (!) ilə müsahibəni "Azvision.az" saytı yayımlayıb və media da bu istinadla tirajlayıb.

Amma maraqlıdır ki, "Musavat.com" məhkumun anasının adını Ulduz deyil, Kifayət olaraq qeyd edir.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 16 yaşı tamam olmamış, 2003-cü ildə nişanlısı Vüqar Əliyevlə birlikdə Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Vüqar ömürlük, Lamiyə 10 il cəza alıb. Daha sonra onun cəzası 5,5 il artırılıb.

Tarix
2015.02.08 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla