Yuxarı

“Azəryolservis”in taleyi necə olacaq? – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəryolservis”in taleyi necə olacaq? – Rəy

"Azəryolservis" ASC-ni ləğv edib, Nəqliyyat Nazirliyinin tərkibində həmin sahəni idarə edə biləcək şöbə yaratmaq mümkündür".

Bunu Axar.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün "Azəryolservis" rəhbəri Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" QSC-yə sədr təyin edildikdən sonra sözügedən quruma rəhbər təyinatı aparılmamasının səbəbi barədə ehtimalını bölüşərkən deyib. O, sözügedən qurumun Nəqliyyat Nazirliyinə birləşdirilməsinin mümkün olduğunu, lakin əsas məsələnin idarəetmənin effektivliyinə söykəndiyini bildirib:

"Azəryolservis" ASC-ni ləğv etmək elə də böyük iş deyil. Məsələ ondadır ki, cəmiyyət şəbəkələşmiş geniş strukturdur və regionlar üzrə yol tikinti idarələri var. O idarələri və ştatları ləğv etmək olmaz. Çünki daima yollara nəzarət etmək lazımdır. Strukturlaşmada əsas məsələ maliyyələşdirilmə yox, həmçinin idarəetmənin effektivliyidir. "Azəryolservis" ASC-ni ləğv edib, Nəqliyyat Nazirliyinin tərkibində həmin sahəni idarə edə biləcək şöbə yaratmaq olar. Lakin bu da büdcəyə çox gəlir gətirməyəcək. Bu məsələdə əsas hədəf yolların standartlara uyğun olmasıdır, lakin bunu hələlik görmürük".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Cavid Qurbanovu "Azəryolservis" ASC-nin sədri vəzifəsindən azad edərək, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib. "Azəryolservis" ASC-yə sədr təyin edilməməsi isə bu qurumun Nəqliyyat Nazirliyinə birləşdirəcəyi barədə ehtimallara yol açıb.

Xatırladaq ki, fevralın 5-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi də idarəetmənin effektivliyini artırmaq və büdcəyə qənaət məqsədilə həyata keçirilən struktur islahatı kimi dəyərləndirilir.

Tarix
2015.02.10 / 12:27
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla