Yuxarı

Azərbaycan mənim canım, ikinci vətənimdir... - Keçmiş səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas sütunu azərbaycançılıq ideologiyasıdır.

Axar.az xəbər verir ki, bu fikri Azərtac-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç bildirib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik edən səfir Hulusi Kılıç əminliklə qeyd edib ki, qarşıdan gələn 2020-ci il də Azərbaycan üçün uğurlu olacaqdır.

Vətənimiz, xalqımız və dövlətimizə böyük sevgisini ifadə edən diplomat deyib:

“Azərbaycan mənim canım, ikinci vətənimdir. Türkiyə ilə eyni qədər sevdiyim vətənimin hər xoş sədasını eşidəndə ürəyim dağa dönür. Ulu öndər Heydər Əliyevdən nəsillərə miras qalan, bölgənin “parlayan ulduzu” adını qazanmış Azərbaycan dövlətinin gündən-günə qüdrətlənməsi hər birimiz üçün qürurvericidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdəki yerini əzmlə qoruyur və layiq olduğu mövqeyi gündən-günə möhkəmləndirir. Bütün bu proseslərdə dünya azərbaycanlılarının həmrəyliyinin özünəməxsus rolu vardır. Əminəm ki, qarşılamağa hazırlaşdığımız 2020-ci ildə və sonrakı illərdə Azərbaycan xalq və dövlətin birliyi sayəsində daha böyük nailiyyətlər qazanacaqdır”.

Bu il Azərbaycan tarixində ən yaddaqalan hadisələrdən birinin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə böyük şair İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsinin olduğunu deyən sabiq səfir bu hadisənin bütün dünya üçün faydalı və cəlbedici kampaniya kimi Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. Ümidvar olduğunu bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva yeni 2020-ci ildə də nəcib təşəbbüslər irəli sürəcək.

Tarix
2019.12.30 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla