Yuxarı

“Azərbaycanın 7 rayonu ona görə işğal edildi ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın gələcəyi Minsk görüşündən çox asılıdır. Rusiyanın tutduğu mövqe danışıqlarda ciddi irəliləyişlərin olmasını əngəlləyir. Çox güman ki, 1994-ci ildəki "Bişkek Protokolu"na bənzər bir sənəd ortaya çıxacaq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə ekspert Natiq Cəfərli çıxış edib. O, Kremlin danışdığı nağılların sonunun çatdığını bildirib:

"Kreml hələlik əsas istədiyinə nail ola bilməyib. Nə Krıma "quru yol" aça bilib, nə də Donbasla Krımı dəyişə bilib. Yəni "Krımın işğalını tanıyın, legitimləşdirin, Donbasdan çıxım" oyunu hələ ki, alınmayıb. Bu oyundan ilk dəfə bizdə istifadə edildi. 7 rayon ona görə işğal edildi ki, sonradan Qarabağın müstəqilliyi ilə dəyişdirilsin. Yəni bu, Kremlin çoxdankı taktikasıdır. Putin Minskə getməyə məcbur, müəyyən sənədlərə qol çəkməsi labüddür. Çünki iqtisadi problemlər artdıqca və sanksiyalar gücləndikcə daxildə problemlərin artacağını yaxşı bilir. Amma Kremlin irəli sürdüyü tələblər absurddur:

1) Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağına zəmanət verilsin.

2) Qərb Ukraynaya silah satmasın.

Rusiyanın bu tələbləri məntiqsizdir".

Ekspert Kremlin həqiqətdə nədən çəkindiyinin gizlinlərini də açıqlayıb:

"Kremlin ən çox çəkindiyi məsələ nə Ukraynanın NATO üzvlüyüdür, nə də bu ölkəyə silah gəlməsidir. Putinin qorxulu röyası Ukrayna "uğur hekayəsi" qura bilsə, Rusiyada siyasi dəyişikliklər, sistem dəyişikliklərinin qaçılmaz olacağıdır. Minsk danışıqlarının formal "atəşkəs" rejiminin tətbiqindən başqa bir nəticəsi olmayacaq. Çünki maraqlar və problemlər daha dərin və fundamentaldır. Kremlin yanaşması dəyişmədən, problem həll oluna bilməz. Putin isə yanaşmasını dəyişə bilməz: Donbası uduzsa, dirənsə, iqtisadi problemlərin qurbanı olacaq. Ona görə də Kremlin Qarabağda 25 ildir sınaqdan çıxardığı "nə sülh, nə müharibə" taktikasından istifadə edərək məsələni zamana yaymağa, uzatmağa çalışacaq".

Tarix
2015.02.11 / 16:10
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

Prezident Bakıda mühüm forumda iştirak etdi - Foto

XİN-dən sülh sazişi ilə bağlı bəyanat...

İlham Əliyev Rebeka Qrinspanı qəbul etdi

Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

İlham Əliyev Birola “Dostluq” ordenini təqdim etdi - Foto

Əli Əsədov daha bir qərar imzaladı

İlham Əliyev ÜST-ün baş direktorunu qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla