Yuxarı

Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

Ermənistan və Azərbaycan bir-biri üçün qarşılıqlı şəkildə nəqliyyat xətlərini açmalıdır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli jurnalistlərlə söhbətində deyib.

“Məsələn, Ermənistanın şimal rayonlarından Mehriyə, yəni cənub bölgəsinə birbaşa dəmir yolu əlaqəsi yoxdur. Mövcud dəmir yolu xətti yalnız Azərbaycan ərazisindən, Naxçıvan Muxtar Respublikasından keçir.

Ona görə də deyirik ki, Azərbaycanla dəmir yolu əlaqəsini bərpa etməyə hazırıq və bunun müqabilində Ermənistan üçün də analoji əlaqənin təmin olunmasını gözləyirik. Xüsusilə, Arazdəyəndən Mehriyə dəmir yolu əlaqəsinin təmin edilməsi vacibdir. Çünki Ermənistanın öz ərazisindən cənubdan şimala dəmir yolu çəkməsi ölkənin dağlıq və sərt quruluşuna görə çox çətindir”, - baş nazir bildirib.

Paşinyan əlavə edib ki, bu, Azərbaycandan Türkiyəyə Ermənistan ərazisindən keçməklə və əksinə dəmir yolu əlaqəsinin təmin olunması deməkdir:

“Bundan əlavə, bura Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana quru daşımaların təmin edilməsi daxildir. Bu o deməkdir ki, Ermənistan Azərbaycan ərazisindən keçən dəmir və avtomobil yolları ilə də İran və Rusiyaya çıxa bilər. Əlbəttə, bu çərçivədə Ermənistan-Türkiyə dəmir yolunun açılması da nəzərdə tutulur və proses bu şəkildə getməlidir”.

Tarix
2025.03.13 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla