Yuxarı

Bakıda məşhur restoranda ciddi nöqsanlar aşkarlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məşhur restoranda ciddi nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Binəqədi rayonu, Nizami Nərimanov küçəsi-15F ünvanında fiziki şəxs Sayılov Məqsud Əzizağa oğluna məxsus “Fish home” restoranında keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlayıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, iaşə müəssisəsində mənşə sənədləri olmayan qida məhsulları (yağ, balıq və ət məhsulları) aşkarlanıb.

Həmçinin qida məhsullarının hazırlanması zamanı çarpaz çirklənmə riskinin yarandığı, qida məhsullarının döşəmə və divardan ara məsafəsi gözlənilmədən saxlanıldığı, mətbəx sahəsində yerləşdirilmiş soyuducunun rəflərinin korroziyaya uğradığı, mal qonşuluğu və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, işçilər üçün soyunub-geyinmə sahəsinin olmadığı və gigiyenik təlimlərə cəlb edilmədiyi məlum olub.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qida obyektində xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbir görülüb.

Tarix
2025.03.13 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla