Yuxarı

ARDNŞ-dəki ölümə görə kim məsuliyyət daşıyır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ARDNŞ-dəki ölümə görə kim məsuliyyət daşıyır?

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı ARDNŞ işçisinin elektrik vurması nəticəısində ölməsi ilə bağlı məlumat yayıb.

Axar.az-a bu barədə açıqlama verən QHT sədri qeyd edib ki, son vaxtlar istehsalatda həlak olanların hamısı günahkar çıxır və ya çıxarılır:

"Məlumatda deyilir ki, işçi yerini özbaşına tərk edib və belə bədbəxt hadisə yaşanıb. İşçi heç vaxt iş yerini özbaşına tərk edə bilməz. Bu, mümkün deyil. Onu tabeliyində olduğu hansısa şəxs göndərib. Bu ölüm faktı ilə əlaqədar cinayət işi qaldırılmalı, günahkar şəxs, yaxud şəxslər mütləq cəzalanmalıdır".

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının hüquqşünası Azər Quliyev də qeyd edib ki, ölüm faktları ilə bağlı heç kəs məsuliyyətə cəlb edilməsə, belə hadisələrin sayı daha da arta bilər:

"2015-ci ilin ikinci ayının başlanğıcı olsa da, neft sahəsində artıq 2-ci şəxsdir ki, iş yerində bədbəxt hadisə nəticəsində vəfat edir. Elektrik dirəyində ölməsinə baxmayaraq, yəqin ki, yenə də bu ölümə görə heç kim məsuliyyətə cəlb olunmayacaq".

Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov də Axar.az-a açıqlamasında qeyd edib ki, işçininin iş yerində əməyin mühafizə qaydalarını və təhlükəsizlik qaydalarını pozmasına görə də bütün məsuliyyət işəgötürənin üzərinə düşür:

"İşəgötürən elə tədbirlər görməyə borcludur ki, işçi öz təhlükəsizlik qaydalarını pozmasın. Bu səbəbdən belə məsələlər mütləq araşdırılmalıdır. Bütün hallarda işçinin ölümündə işəgötürənin mütləq məsuliyyəti var. Ümumiyyətlə, istehsalatda baş verən bədbəxt hadisələrə görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur".

Qeyd edək ki, fevralın 7-də Ə.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin Elektrik avadanlıqlarının təmiri sexinin 5-ci dərəcəli elektrik montyoru 1974-cü il təvəllüdlü Yunus Güləli oğlu Güləliyev növbədə olarkən həmin gün iş növbəsində olmayan elektrik montyoru Rafiq Əhmədovun xahişi ilə şəxsi məqsədləri üçün yaxınlıqdakı "Qaradağ Maşınqayırma Zavodu" ASC-nin həyətində yerləşən və Ə.Əmirov adına NQÇİ-yə heç bir aidiyyəti olmayan 6 kv-lıq yarımstansiyada ayırıcını açmaq istəyərkən gərginlik altına düşüb və saat 15:20-də onun meyiti paylayıcı qurğuda aşkar edilib.

ARDNŞ-in yaydığı məlumata görə, Yunus Güləliyev iş yerini rəhbərliyə məlumat vermədən və qanunsuz olaraq tərk edib. Hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır.

Tarix
2015.02.12 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla