Yuxarı

Paşayeva öldürülüb yandırılan 10 yaşlı Nərminə görə…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva öldürülüb yandırılan 10 yaşlı Nərminə görə…

Artıq yoldayam və Nərminin ailəsinin yanına gedirəm. İnanırıq ki, bu dəhşətli qətli törədən (törədənlər) qısa zaman içində tapılacaq və bütün cəmiyyətimiz onun layiq olduğu ən ağır cəzanı almasının şahidi olacaqlar.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda noyabr ayında itkin düşən 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın yandırılmış meyitinin tapılması ilə bağlı qeyd edib.

Q.Paşayeva bildirib ki, dəhşətli hadisə səbəbindən böyük üzüntü və ciddi narahatlıq içindədir:

“10 yaşlı Nərmin balamıza qarşı törədilmiş bu dəhşətli cinayət hamımızı dərindən sarsıdıb. 10 yaşlı kiçik bir qız uşağını oğurlayıb, sonra onun cəsədini boş bir sahəyə atıb yandıraraq bu dəhşətli cinayəti törədənə insan deməyə adamın dili gəlmir. Belələrinin əslində Yer üzündə gəzmə haqqı olmamalıdır. Nərminin yoxa çıxması və bu dəhşətli hadisənin xəbərinin yayılması ilə xüsusilə də kiçik yaşlı qızları olan minlərlə ana və ata səksəkə, narahatlıq içindədir. İnanırıq ki, bu dəhşətli qətli törədən (törədənlər) qısa zaman içində tapılacaq və bütün cəmiyyətimiz onun layiq olduğu ən ağır cəzanı almasının şahidi olacaqlar. Biz hamımız bunu gözləyirik. Nərminin faciəsi qəlbimizdə dərin bir yara açdı və heç bir zaman unudulmayacaq. Ona Allahdan rəhmət diləyirik. Nur içində yatsın. Valideynlərinin böyük ağrı və üzüntüsünü paylaşırıq”.

Xatırladaq ki, 21 noyabr 2019-cu ildə itkin düşən 10 yaşlı Nərmin Quliyevanın yandırılmış meyiti dünən Dondar Quşçu kənd ərazisindəki boş sahədə aşkarlanıb.

Tarix
2020.01.07 / 11:32
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bayramov gürcü həmkarı ilə nələri müzakirə etdi?

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

İran ətrafında yaranmış vəziyyət... - Bayramov

Nazirlərin növbəti üçtərəfli görüşü Tiflisdə keçiriləcək

İstanbul Bəyannaməsi imzalandı

Bu proses Azərbaycanla koordinasiyalı şəkildə davam edir

Bayramov Azovda vurulan gəmilərdən danışdı

Əgər revanşistlər seçkilərdə qələbə qazansaydı...

Rusiya Nikoldan əl çəkmir: Görünməmiş təzyiq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla