Yuxarı

Nikol dalana dirəndi: İranla davam da ziyan, tamam da...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol dalana dirəndi: İranla davam da ziyan, tamam da...

Son zamanlar ABŞ-la İran arasında olan gərginliyin artması, sanksiyalar rejiminin güclənməsi müəyyən dərəcədə Ermənistanda Tehran şirkətlərinin fəaliyyətində məhdudiyyətlər yaradacaq. İrəvan yaxşı başa düşür ki, ABŞ sanksiyalarını nəzərə almadan İran şirkətləri ilə əlaqəni saxlasa, Vaşinqton tərəfindən ciddi cəzalana bilər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-la İran arasında olan gərginliyin Ermənistana təsirindən danışarkən deyib. O bildirib ki, Ermənistanın iqtisadi vəziyyətinin pisləşməsi ümumi sosial vəziyyətə ciddi təsir göstərəcək:

“Ermənistanla İran arasında iqtisadi əlaqələr illərdir mövcuddur. Əsasən enerji daşıyıcıları, investisiya və turizm axını baxımından İran Ermənistan üçün mühüm rol oynayır. Ermənistanda İrandan gələn turistlərin sayı ilk üçlükdə olub hər zaman. Yəni Ermənistanın bir çox iqtisadi gəlirlərində İranın böyük rolu var.

Bu baxımdan İrana sanksiyalar gücləndikcə Ermənistanda ciddi fəsadlar qaçılmazdır. Artıq bəzi xəbərlərə görə, İranla yaşanan gərginlik Ermənistana təsir edib və bu təsir artmaqdadır”.

İqtisadçı bildirib ki, sanksiyalar siyahısına daxil olan şirkətlərin Ermənistan ərazisində fəaliyyət göstərməsinə ABŞ ciddi yanaşır:

“Hətta ABŞ sonuncu sanksiyaları tətbiq edərkən belə bir bənd də əlavə etdi ki, sanksiyaya düşmüş İran şirkətləri üçüncü ölkə ərazisində fəaliyyətini davam etdirərsə, həmin üçüncü ölkə şirkətləri də bu sanksiyalara məruz qala bilər. Yəni Ermənistan İranla əməkdaşlığı davam etdirsə də, etdirməsə də, bu problemdən qaça bilməyəcək. Belə ki, iqtisadi əlaqələri dayandırsa ziyanınadır, davam etdirsə isə ABŞ təzyiqi ilə üzləşəcək”.

Ekspertin sözlərinə görə, Ermənistan iqtisadiyyatının zəifləməsi işğal altında olan Dağlıq Qarabağa ciddi təsir göstərəcək:

“Qondarma Dağlıq Qarabağın maliyyə resurslarının böyük əksəriyyəti Ermənistandan daxil olur. Bu baxımdan İrəvanın maliyyə çətinlikləri artdıqca bunun şübhəsiz ki, qondarma rejimə də ciddi təsirləri olacaq. Bu da təbii ki, həm qondarma rejimdə, həm də Ermənistanın özündə ciddi narazılıqlara səbəb olacaq”.

Tarix
2020.01.09 / 15:38
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

TDT baş katibindən Naxçıvana hücuma reaksiya

Avstriyalı nazir də Bayramova zəng etdi

Daha bir ölkədən Naxçıvana hücumla bağlı bəyanat

Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

Azərbaycan ordunu hazırlıq vəziyətinə gətirdi - İrana mesaj

Naxçıvana hücum: Mirzoyan Bayramova zəng etdi

Bu ölkələrin Baş Qərargah rəisləri Vəliyevə zəng etdi

Naxçıvana dron hücumu ilə bağlı - Bəyanat

AZAL Naxçıvan reyslərini bu şəhərə keçirdi

Azərbaycan xalqı ilə həmrəyik - Monteneqro

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla