Yuxarı

Süleymaninin qətli: Kimlər qazandı, kimlər uduzdu?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la İran arasındakı gərginlik həm Donald Trampın, həm də İranın Ali dini lideri Xameneinin xeyrinə işləyən bir proses oldu.

1) ABŞ-da prezident seçkiləri yaxınlaşır və Trampın qarşısında güclü bir müxalif blok mövcuddur. Bu blok hətta Trampı vaxtından əvvəl yola salmaq üçün cəhd də göstərir. Tramp isə qısa bir müddət öncə Bağdadinin öldürülməsi faktını öz adına yazdıra bildi. Həmin zaman Tramp açıqlama verərkən müxalifi olan demokratlara xitabən “demokratlar İŞİD-i bəslədi, ortaya çıxardı, mən isə məhv etdim” demişdi. Tramp eyni zamanda dünyanın bir nömrəli terrorçusunu öldürdüyünü demişdi.

Daha sonra açıqlama verən ABŞ lideri iranlı general Qasım Süleymani haqqında da “dünyanın bir nömrəli terrorçusunu məhv etdik” ifadəsindən istifadə etdi. Beləliklə, Tramp Süleymani olayından da seçim kampaniyası üçün geninə-boluna istifadə edə biləcək. ABŞ cəmiyyətində bunun hansı effekt verə biləcəyi məlumdur. Üstəlik, Süleymani ilə bərabər daha 6 nəfər öldürülüb ki, bunlardan biri – Əl-Mühəndisi doğrudan da BMT tərəfindən rəsmən terrorçu olaraq tanınırdı. Böyük ehtimalla bu, Trampın gələcəyi baxımından böyük önəm daşıyacaq. Eyni zamanda Tramp Süleymani həmləsi ilə impiçment təhlükəsini də sovuşdura bildi. Digər tərəfdən o, NATO ölkələrini İraqda görəvə çağırdı. Ehtimal ki, ABŞ İraqda qüvvələrini daha da artıracaq. Beləliklə də İraqda qarşıdakı aylarda ABŞ-ın yeni planlarının dövriyyəyə girəcəyini ehtimal etmək olar.

2) Son illər İranda demək olar ki, hər 2-3 aydan bir aksiyalar baş verirdi. Sonuncu aksiyalar isə dini lider Xameneiyə qarşı yönəlmişdi. Bu aksiyaların qarşısını Bəcis qüvvələri zorakılıqla alsa da, yeni aksiyaların başlamayacağına kimsə zəmanət verə bilmirdi. Üstəlik, embarqolar nəticəsində yaşanan iqtisadi problemlər həm İran hökumətinin, həm də dini liderin əleyhinə işləyirdi. Süleymaninin ABŞ tərəfindən öldürülməsi həm İran hökuməti, həm də dini lider üçün ölkənin tam olaraq birləşməsi baxımdan bir zəmin formalaşdırdı. ABŞ-ın Süleymanini öldürməsi İran xalqına artan iqtisadi problemləri də unutdurdu.Təbii ki, bu, ən çox Xameneiyə sərf edən bir amildir. Süleymaniyə gəlincə, o, İranın genişlənmə siyasəti, yeni sasaniçilik ideologiyası prizmasından qəhrəman əsgər kimi qəbul olunsa da, Suriya xalqı və İraq xalqının bir hissəsi tərəfindən amansız qatil kimi tanınan bir hərbçi-siyasətçi idi. Onun adı bir çox qətliamlarda, o cümlədən Hələbdə dinc sakinlərə edilən hücumlarda anılırdı. Eyni zamanda onun bir çox terror təşkilatları ilə təmaslarının da olduğu deyilirdi. Bu terror təşkilatlarının sırasında PKK da vardı.

Digər tərəfdən onun yaxın gələcəkdə İran siyasətinə aktiv şəkildə daxil ola biləcəyi də qeyd olunurdu. Bu baxımdan Süleymani ismi artıq İranın imicinə də mənfi çalarlar qatırdı. Süleymanini ən çox sevməyən şəxs islahatçı qanadın lideri kimi tanınan Prezident Həsən Ruhani idi. Xamenei isə onu sevirdi, lakin eyni zamanda onu “canlı şəhid” adlandırırdı. Bəlkə də bu ifadənin alt qatlarında “vaxtı çatanda qurban veriləcək adam” düşüncəsi yatırdı.

Son olaraq İran etibarını bərpa etmək üçün ABŞ-ın 2 bazasına təqribən 13 raket atdı. Təbii ki, bu hücum ABŞ-ın İranın ən mühüm generalını öldürməsinə qarşılıq olmadı. ABŞ əsgərlərinin burnu belə qanamadı, Vaşinqton bu hücumdan heç nə itirmədi. Yəni bu hücum Süleymaninin öldürülməsinə qarşılıq deyildi. Lakin bu raket atışına İran cəmiyyətinin gözündən baxanda məsələ tamamilə başqa cür görünür. İran cəmiyyəti hazırda birləşmiş durumdadır və böyük ölçüdə tansiyonu yüksəlmiş kütlə bu nəticəsiz raket atışlarını ciddi uğur kimi qəbul edir. Bu, ən çox Xameneiyə sərf edir. Çünki İran cəmiyyətinin gözündə Xamenei ABŞ-a raket atma əmri verən qəhrəmandır. Xameneiyə də nüfuzunu bərpa etmək üçün bu lazımdır. İrandakı mollakratiya illərdir ki, kütlənin emosiyası və radikallığından qidalanır.

Böyük ehtimalla ABŞ-İran münasibətləri əvvəlki məcrada davam edəcək. Lakin İraqla bağlı proseslərdə fikir bildirmək məncə hələ tezdir. Çünki İraqda İran əleyhinə böyük aksiyalar oldu. Bu aksiyalara şiə hərəkatı lideri olan, lakin İran əleyhdarı kimi tanınan Müktəda əs-Sədrinin rəhbərlik etməsi xüsusi önəm daşıyır. Bu aksiyaların fonunda Sədr hərəkatı İraq parlamenti seçkilərinin qalibi oldu. Fars şiəliyinə qarşı ərəb şiəliyi ideologiyasını irəli sürən Müktəda əs-Sədr İran qoşunlarının İraqı tərk etməsini istəyir. Süleymaninin öldürülməsini İraqda İran əleyhinə baş verən aksiyaların davamı kimi qiymətləndirənlər də var. İranlı generalın öldürülməsindən sonra Sədr tərəfdarlarının küçələrə çıxaraq bayram etmələri faktı da var. Lakin Qərb mediasının “Süleymaninin yerini Müktəda əs-Sədr amerikalılara ötürüb” tezisini ortaya buraxması da düşündürücüdür. İraqda İran əleyhinə bir dirəniş olsa da, amerikalıların da sevilmədiyi bir faktdır. Mümkündür ki, bu tezisin altında Müktəda əs-Sədri etibarsızlaşdırmaq istəyi var.

İndi ortaya çıxan sual budur: ABŞ Sədr hərəkatının qalibiyyətini görməzdən gəlib İranın İraqdakı varlığına razı verəcək, yoxsa zamanında savaşdığı Sədr hərəkatının İraqda tam hökmran bir əşirətə çevirilməsinə razı olacaqmı?

Tarix
2020.01.09 / 16:38
Müəllif
Ruslan Bəşirli
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla