Yuxarı

Kazımlının namizəd qızı haqda təzadlı məlumat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kazımlının namizəd qızı haqda təzadlı məlumat

Sosial Rifah Partiyasının sədri, sabiq deputat Xanhüseyn Kazımlının deputatlığa namizəd olan qızı Əsli Kazımova haqda təzadlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu günlərdə sosial şəbəkələrdə Xanhüseyn Kazımlının qızının namizədliyi ilə bağlı dövlət başçısına ünvanladığı məktubunun surəti yayılmışdı. Partiya sədri Prezidentə müraciət edərək qızı Əsli Kazımovanın millət vəkili seçilməsini istəmişdi.

"Əgər icazə versəniz, mən hər hansı dairədən millət vəkili seçilməyimə razı deyiləm. Əvəzimdə isə Sosial Rifah Partiyası sədrinin birinci müavini Kazımova Əsli Xanhüseyn qızının namizədliyini doğulduğum diyardan verərdim...", - məktubda bildirilirdi.

Birmənalı qəbul edilməyən bu müraciətdə X.Kazımlı qızı haqqında ətraflı məlumat vermişdi. Bildirmişdi ki, bir neçə kitabın müəllifi olan Ə.Kazımova 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. O, qızını sözügedən universitetin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi kimi təqdim etmişdi.

Publika.az isə yazıb ki, Əsli Kazımovanın Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlərdə onun “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətində şöbə müdiri kimi çalışdığı qeyd olunub.

Xatırladaq ki, Əsli Kazımlı namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb.

Tarix
2020.01.11 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Almaniya və İspaniya diplomatları da təxliyə olundu

Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı şok etdi

SEPAH-dan növbəti böhtan: Azərbaycanı hədələdi - Foto

Hakimiyyətdəki Türkiyə əleyhinə qruplaşma zərərsizləşdirildi

Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü - Foto

Fidan Türkiyə və Azərbaycanla bağlı xəbərdarlıq etdi

Bakıdan ABŞ-ın Naxçıvanla bağlı bəyanatına reaksiya

Qalibafdan xəbərdarlıq: Ölkələr sülhdən zövq almayacaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla