Yuxarı

Prezidenti Yusifzadənin bu addımı təəccübləndirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xoşbəxt müəllim, mən bilirəm ki, siz hələ uşaqlıq dövründən biliklərə çox meyilli olmusunuz.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyindəki çıxışında deyib. Prezident qeyd edib:

Sual yarana bilər ki, mən bunu haradan bilirəm. Ancaq istəyirəm bir hadisəni yoldaşlara çatdırım. Keçən il Mehriban xanım Pirhəsən pirini ziyarət edərkən bir ailənin üzvləri yaxınlaşdı və onu Kürdəxanıya dəvət etdi. Eyni zamanda, bildirdilər ki, Kürdəxanı qəsəbəsində çoxlu problemlər var, yollar, məktəb bərbad vəziyyətdədir və Mehriban xanımı qonaq çağırdılar. O da bu dəvəti qəbul edərək Kürdəxanı qəsəbəsinə getdi və ondan sonra Kürdəxanıda bir çox problemlər öz həllini tapdı. Kürdəxanıda yeni park salındı, bütün yollar təmir edildi, yeni məktəb tikildi. Ondan bir qədər sonra söhbət əsnasında demişdiniz ki, siz uşaq olanda Kürdəxanıdakı məktəbdə oxumusunuz. Mən də təəccüb etdim, çünki bilirəm ki, siz pirşağılısınız. Dedim ki, bəs Pirşağıda məktəb ola-ola nə üçün Kürdəxanıya getmisiniz? Bu gün də yadımdadır, dediniz, ona görə getmişəm ki, Kürdəxanıda müəllimlər yaxşı idi. Elədirmi? Qonşu kəndlər olsa da, o vaxt yolları bərbad idi. Mən təəccüb etdim ki, balaca bir uşaq üçün necə çətindir. Nəqliyyat vardı, yox idi bilmirəm, avtobusla gedirdiniz?

Xoşbəxt Yusifzadə: Piyada gedirdim.

Prezident İlham Əliyev: Piyada? Təsəvvür edin, bilik almaq üçün hər gün Pirşağıdan Kürdəxanıya piyada gedib-gəlib. Yəni, artıq bəlli idi ki, sizin böyük gələcəyiniz olacaqdır. Sonra biliklərinizi gənclərlə bölüşdünüz. Siz, eyni zamanda, böyük alimsiniz, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü kimi çox fəalsınız. Sizin bir çox elmi əsərləriniz var və bu əsərlər təcrübəyə əsaslanır. Yəni, bu, sadəcə olaraq, fərziyyələr, nəzəriyyələr deyil. Təcrübə də göz qabağındadır, həm sovet, həm də müstəqillik dövründə. Məhz ona görə də siz həm sovet, həm də müstəqillik dövründə ən yüksək ordenlərlə təltif olunmusunuz. Birinci ordeni siz 1963-cü ildə almısınız - “Qırmızı əmək bayrağı” ordeni. İkinci ordeni 1971-ci ildə almısınız - “Şərəf nişanı”. Üçüncü ordeni isə 1976-cı ildə - ikinci “Qırmızı əmək bayrağı”. Elədirmi?

Xoşbəxt Yusifzadə: Elədir, mənim yadımdan çıxmışdı.

Prezident İlham Əliyev: Mənim hər şey yadımdadır. Hələ çox şey bilirəm, yavaş-yavaş deyəcəyəm. Sonra müstəqillik dövründə ulu öndər Heydər Əliyev sizi 2000-ci ildə ən yüksək ordenlə - “İstiqlal” ordeni ilə təltif etmişdi. Daha sonra növbə mənə çatdı və siz 2004-cü ildə “Şöhrət” ordeni, 2009-cu ildə “Şərəf” ordeni, 2015-ci ildə Azərbaycan Prezidentinin Fəxri diplomu ilə təltif olunmusunuz, keçən il Heydər Əliyev Mükafatına layiq görülmüsünüz. Dünən isə mənim Sərəncamımla Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif edilmisiniz.

Tarix
2020.01.15 / 01:25
Müəllif
Axar.az
Digər xəbərlər

Sosial yardım nə qədər artacaq? - Dəqiq izah

5 ildə İrəvandan Bakıya 66 təyyarə uçub

Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə

Türkiyə Suriyada hava bazası açır?

Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi

Bakı ilə danışıqların bir nəticəsi ola bilərdi... - Paşinyan

“Qeyri-səlis məntiq və dil-nitq” kitabı müzakirə edildi

Tiktokerlər “sutkalıq həbs” alacaqlar? – Professor

Əliyev və Ərdoğanın bugünkü qərarı: Bakı hərəkətə keçir

Liderlər İlham Əliyevi təbrik edir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla