Yuxarı

Kremlin İrəvan oyunu: Qarabağ geri qayıda bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva Sərkisyanla vidalaşmağı qərara alıb".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

O, hazırda Ermənistanda yaranan böhranın xalqla müxalifəti birləşdirdiyini bildirib:

"Ermənistanda vəziyyət həqiqətən də siyasi böhran həddinə çatıb. Bu böhran həm müxalifəti, həm də siravi adamları birləşdirib. Əsas məqam ondan ibarətdir ki, Ermənistanı idarə edən Kreml də Sərkisyanın fəaliyyətindən narazıdır. Artıq Moskva Sərkisyanla vidalaşmağı qərara alıb. Hətta onun yerinə eks-prezident Köçəryanın ortaqlarından biri olan iş adamının təyin olunacağı ilə bağlı fikirlər səsləndirilir. Bu məsələ həqiqətə yaxındır. Çünki Sərkisyan artıq Ermənistanda Rusiyanın tapşırıqlarını yerinə yetirə bilmir. Əhalinin hər gün bir az da qalxan etirazı Moskvanı narahat edir. Bu isə orada ötən illərin acı təcrübəsi olan silahlı qarşıdurmanın yaranmasına gətirib çıxara bilər. Bu nöqteyi-nəzərdən Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılacağı ilə bağlı deyilən fikirlər ağlabatan görünür".

Politoloq Ermənistanın yeni prezidentinin Sərkisyan qədər qatı millətçi olmayacağını söyləyib:

"Sərkisyan Xocalının təşkilatçılarından biri kimi qatı millətçi idi. Onun hakimiyyətdən uzaqlaşdırılması bizim üçün istənilən halda siyasi üstünlükdür. Məsələn, biz onun haqqında cinayət işi qaldırıb, beynəlxalq məhkəməyə verə bilərik. Hazırda onun həbsi yönündə petisiya toplanılır. Petisiyanı gerçəkləşdirmək üçün real şanslar yaranır. Belə bir fikir var ki, Moskva Azərbaycanla Ermənistan arasında sülh yaratmaq üçün konsensus axtarır və guya ortaq yol tapmaq üzrədir. Mənim zənnimcə, əgər Moskva bu ortaq yolu Ermənistanda olan hakimiyyət dəyişikliyində görürsə, o zaman yeni gələn adamın Qarabağla bağlı güzəştli mövqe tutacağı fikri də gündəmə gələ bilər. Mən hadisələri qabaqlayıb nikbin proqnozlar vermək istəmirəm. Amma hər halda inanmıram ki, yeni prezident Sərkisyan qədər antiazərbaycançı mövqedə dayanmış olsun. Amma yeni gələn adam Köçəryana tabedir. Ola bilər ki, Köçəryan Baş nazir və yaxud da başqa vəzifəni tutsun. Bu da çox təhlükəlidir. Çünki Köçəryan da bir vaxtlar Qarabağdakı ermənilərin əsas liderlərindən biri olmuşdu. Bir sözlə, iplər Kremlin əlindədir. O, tərəzinin hansı gözünü əyəcəksə, hadisələr də o istiqamətə gedəcək".

Qeyd edək ki, son günlər Ermənistanda Prezident Sərkisyanla müxalifət arasında münasibət böhran həddinə çatıb. Ermənistan mətbuatı bu qarşıdurmanın yaxın zamanlarda hakimiyyət çevrilişi ilə nəticələnəcəyini bildirib.

Tarix
2015.02.17 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Trampın oyunu: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla