Yuxarı

Surkovun istefası: Donetsk və Luqansk qaytarılır? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Surkovun istefası: Donetsk və Luqansk qaytarılır? - Şərh

Vladislav Surkovun istefası Ukraynada sülhü bərpa etməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya Prezidentinin köməkçisi Vladislav Surkovun istefasını şərh edərkən deyib. Onun sözlərinə görə, Vladislav Surkovun işdən uzlaşdırılması o demək deyil ki, Moskva Donbas separatçılarına dəstəkdən imtina edəcək:

“Surkov uzun illər Ukrayna separatçıları ilə təmas məsələlərinə cavabdeh olub. Rusiya ilə separatçılar arasında rəsmi və qeyri-rəsmi görüşlər keçirib. Separatçıların bütün hərəkətləri, addımları birbaşa Surkovdan gəlirdi. Bu baxımdan Surkov olduqca önəmli bir şəxs idi. Lakin onun vəzifədən getməsi Ukraynadakı münaqişənin həlli demək deyil. Ola bilsin, başqa nöqsanları olub.

İnanmıram ki, Surkovun istefası Rusiyanın Donbas separatçılarına dəstəyinin dayanması və bu siyasətindən imtinası deməkdir. Bu dəstək o vaxtacan davam edəcək ki, Ukrayna separatçıların şərtlərini qəbul edəcək. Lakin Ukrayna hakimiyyətinin separatçılara güzəştə getməsi də real görünmür”, - o bildirib.

Qeyd edək ki, Rusiya Dumasının keçmiş deputatı İlya Ponomaryev Rusiya Prezidentinin köməkçisi Vladislav Surkovun istefasının ardınca Vladimir Putinin “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nı (LXR) Ukraynaya təhvil verəcəyini iddia edib.

Tarix
2020.01.29 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla