Yuxarı

Nazirlik məşhur obyektlərin əmlakını siyahıya aldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik məşhur obyektlərin əmlakını siyahıya aldı

"Zambaiti Parati" məşhur oboy mağazasında, "Assorti" restoranında və "Koteks" geyim mağazasında xeyli sayda əmlak müsadirə edilib.

Axar.az xəbər verir ki, Bakı Vergilər Departamentinin Vergi borclarının alınması İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən bir neçə borclu vergi ödəyicisində əmlakın siyahıya alınması tədbirləri keçirilib. Belə ki, Q.Qarayev prospekti 74 ünvanda yerləşən "Koteks" MMC-yə məxsus geyim mağazasının fəaliyyəti araşdırılarkən onun 6338 manat vergi borcunun yarandığı müəyyən edilib. Vergi ödəyicisinə borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Obyektdəki 3550 manat dəyərində mebel və məişət avadanlıqları müəyyən olunmuş qaydada siyahıya alınıb.

Həmçinin, fiziki şəxs Eldarov Ağadadaş Vahid oğluna məxsus "Zambaiti Parati" adlı divar kağızı mağazasında aparılmış tədbirlər nəticəsində vergi ödəyicisinin 1965 manat məbləğində vergi borcunun təmin edilməsi məqsədilə 2070 manatlıq əmlak siyahıya alınıb.

Nəsimi rayonu, Mir Cəlal küçəsi 52D ünvanda yerləşən, fiziki şəxs Məmmədov Kamran Yaşar oğluna məxsus "Assorti" restoranında da əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Vergi ödəyicisinin 2660 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə obyektdəki 3120 manat dəyərində mebel müvafiq qaydada siyahıya alınıb.

Bundan başqa, A.Bakıxanov küçəsi 30 ünvanda yerləşən, fiziki şəxs Şahin Səbinə Vaqif qızına məxsus "Turkuaz" mebel mağazasında aparılmış əmlakın siyahıya alınması tədbiri zamanı vergi ödəyicisinin 2297 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün mağazadakı 2400 manatlıq əmlak qanunla müəyyən edilmiş qaydada siyahıya alınıb.

Tarix
2015.02.18 / 20:45
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla