Yuxarı

Lamiyənin uşağının atası bu cinayətlə həbs edilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lamiyənin uşağının atası bu cinayətlə həbs edilib

Lamiyə Quliyevanın həbsdə dünyaya gətirdiyi uşağının atası olduğu deyilən məhkum saxta pul çap edən dəstə üzvü olub.

Axar.az xəbər verir ki, bu dəstə və Lamiyənin övladının atası olduğu deyilən Elnur Rəsulov 2013-cü ilin martında Nərimanov rayon ərazisində həbs edilib. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində Müşfiqabad qəsəbə sakinləri İlham Hüseynov, Elnur Rəsulov, Rüstəm Cəfərov 25 ədəd 100, 17 ədəd 50, 21 ədəd 20, 8 ədəd 10 və 10 ədəd 5 manatlıq saxta əsginasları (3900) 1150 manata satarkən tutulublar.

İ.Hüseynovun üzərinə baxış zamanı əlavə 2 ədəd 100, 3 ədəd 50, 6 ədəd 20 və 3 ədəd 10 manatlıq, habelə "Mercedes" markalı avtomaşınında 186 ədəd 100, 7 ədəd 50, 8 ədəd 20 və 1 ədəd 5 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb. R.Cəfərovun evinə baxış zamanı 1 ədəd rəngli printer, 1 ədəd noutbuk, 1 ədəd kağızkəsən alət, müxtəlif nominallarda olan natamam əsginaslar və rənglər aşkar edilərək götürülüb.

Qeyd edək ki, Elnur Məmədrəsul oğlu Rəsulov 1984-cü ildə Ağsu rayonunda doğulub.

Tarix
2015.02.20 / 01:06
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla