Yuxarı

Zəhərli toyuq işi böyüdü: videonu kim yayıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəhərli toyuq işi böyüdü: videonu kim yayıb?

"Ölkə iqtisadiyyatının inkişafına kölgə salmaq istəyənlər bu cür təxribat xarakterli videolar yayırlar. Bu mənbəyi bilinməyən xəbərlər istehlakçılar arasında çaşqınlıq yaratmaqla yanaşı, quşçuluq fabriklərinin işgüzar nüfuzuna xələl gətirir".

Axar.az xəbər verir ki, bu sözləri "Azərbaycan Quşçuluq Cəmiyyəti"nin sədri Aydın Vəliyev deyib. O, "Kaspi"yə geniş müsahibəsində son günlər videosu yayılan süni şişirdilmiş toyuqlarla bağlı yaranmış ajiotajdan danışıb. A.Vəliyev deyib ki, quşçuluq təsərrüfatlarında saxlanılan toyuqlar ətlik cinsdəndir:

"Yəni bu növlər kökəlməyə meyllidirlər. Yenidən həmin toyuqların iynə vurularaq kökəldilməsi nəyə lazımdır ki? Onsuz da iki gün artıq saxladıqda toyuqlar istənilən çəkini verir. Quşçular məgər millətin düşmənidir? Bütün respublika üzrə quşçuluq sahəsində 30 min insan çalışır və onlar da iş yerlərində gündə bir dəfə həmin toyuqlarla qidalanırlar. İndiyədək quş təsərrüfatının işçilərindən heç biri xəstələnməyib. Çünki toyuq əti insan orqanizmi üçün ən münasib və vitaminli qidadır".

A.Vəliyev vurğulayıb ki, videogörüntü ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib:

"Bu videogörüntüləri çəkənlər və yayanlar tapılıb ictimaiyyətə açıqlanacaq. Lakin belə bir fikir də var ki, bu görüntülər bizim ölkədə çəkilməyib. Başqa ölkədə çəkilərək sonradan videoya səs effekti verilib. Çünki bu işlə məşğul olmaq cinayətdir və heç kim bunu çəkib yaymaq istəməz".

Xatırladaq ki, video-görüntünün montaj olduğu barədə mütəxəsis rəyi və yaxud ekspert açıqlaması yoxdur. Hələlik, videonun orijinal olduğuna şübhə edilmir.

Tarix
2015.02.21 / 21:55
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla