Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Fevral 2020


Dehli sürətlə silahlanır: Böyük savaş təhlükəsi - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın son zamanlar sürətlə silahlanması regionda yeni bir müharibənin xəbərçisi ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın Hindistana səfəri zamanı 3,5 milyard dollar həcmində iki silah müqaviləsinin imzalanacağı barədə məlumatı şərh edərkən deyib. O bildirib ki, Hindistan son zamanlar təəccüb doğuran addımlar atır:

“Məsələn, Hindistan Rusiyanın bu yaxınlarda açıqladığı S-500 raket komplekslərini indidən almaq üçün Moskva ilə razılığa gəlib. Bundan əlavə, ABŞ-la da 3,5 milyard dollar həcmində iki silah müqaviləsi imzalanacaq. Hindistanın son zamanlar aldığı silahların böyük qismi hava hücumundan müdafiə sistemləridir. Hətta Hindistanın ABŞ-dan almaq istədiyi silahlar içərisində “Patriot” hava hücumundan müdafiə sistemləri də var. Görünür, Hindistan regionda havadan gələ biləcək hücumlara qarşı öz ordusunu təkmilləşdirir. Maraqlı məqam isə budur ki, regionda Hindistana hava zərbələri endirə biləcək yeganə ölkə Pakistandır”.

Politoloq Kəşmir ətrafında münaqişənin hər an alovlana biləcəyini də qeyd edib:

“Hindistan ilə Pakistan uzun illərdir ki, Kəşmir ətrafında münaqişə yaşayır. Hindistan Kəşmiri özünə birləşdirmək istəsə də, ərazi üzərində Pakistanın da iddiaları var. Əslində, Kəşmir hər zaman Pakistanın ərazisi olub. Bu, İngiltərə müstəmləkəsi dövründə də belə olub. Nəzərə almaq lazımdır ki, Kəşmirin əhalisi bütövlükdə müsəlmandır. Digər tərəfdən Kəşmirin bir hissəsi bu gün Çin torpaqları çərçivəsindədir. Hindistan üçün Kəşmir hər zaman xarici siyasətdə əsas prioritet olub. Bu baxımdan Hindistan Kəşmiri həm Çindən, həm də Pakistandan geri almaq kimi xülyalara qapılıb”.

Q.Hüseynli ABŞ-ın son zamanlar Hindistana dəstək verməsindən danışıb:

“ABŞ təxminən 25 ildən artıq bir müddət ərzində Pakistanı müdafiə edib, onu regionda özünə əsas tərəfdaş ölkə olaraq görürdü. Düzdür, son zamanlar Pakistan ilə ABŞ arasında münasibətlər zəifləyib. Lakin ABŞ-ın Hindistana son zamanlar ciddi mənada yardımlar etməsinin səbəbi tam başqadır. Belə ki, Hindistanın son zamanlar Rusiyadan silah alması, müqavilələr imzalaması ABŞ-ın diqqətindən yayınmadı. Nəzərə almaq lazımdır ki, Hindistan çox ambisiyalı bir dövlətdir. ABŞ Hindistanı Rusiyanın ixtiyarına buraxmaq istəmir. Trampın Hindistana səfəri zamanı 3,5 milyard dollar həcmində iki silah müqaviləsi imzalanmasının indidən bəyan edilməsi də siyasi bir manevrdir”.

Qeyd edək ki, ABŞ-Hindistan müqaviləsinin biri altı ədəd AH-64E Apaçi zərbə helikopterinin alınmasını nəzərdə tutur. Bu müqavilənin dəyərinin 930 milyon dollar olacağı qeyd edilib.

Tarix
2020.02.14 / 08:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Azərbaycana idxal edilən spirtli içkilərlə bağlı qərar

Münhen debatı İrəvanın acizliyini göstərdi

Brüsseldə azərbaycanlı qaçqınlardan danışıldı - Foto

Azərbaycan SSRİ-dən necə çıxdı? – Nikolun axmaq sualı...

Gömrükdə əməliyyat müşavirəsi: Sədrdən tapşırıq…

Poroşenkodan Münhendə Nikola şok: Müzakirə bitən kimi... - Foto

Nikolun Münhendə Xocalı yalanına Sərkisyanın cavabı - Video

Dili topuq çalan Paşinyana Əliyev doğru dedi... - Aşotyan

Hərbçilərimiz Gürcüstanda keçirilən beynəlxalq tədbirdə

Əliyev işğalçının necə riyakar olduğunu göstərdi - Txilava

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla