Yuxarı

Senatordan etiraf: Ermənilər soyqırım törədib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “L’Hebdo Bourseplus” jurnalında bu ölkənin Luar-Atlantik departamentinin senatoru və Senatın xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin vitse-prezidenti Joel Geryo ilə müsahibə dərc olunub.

Axar.az xəbər verir ki, müsahibədə fransız senator Azərbaycanda müşahidə etdiyi parlament seçkilərindən söz açıb, Fransanın Qafqaz ölkələri ilə münasibətinin vacibliyinə toxunub.

Əvvəllər Ermənistanla bağlı hesabat hazırladığını bildirən senator məhz bu hesabatın onu iki ölkə arasındakı münasibətlərdəki çətinlikləri müəyyən etməyə istiqamətləndirdiyini bildirib: “Bu hesabatdan sonra Fransadakı Azərbaycan səfiri ilə əlaqə yaratdım və o, məndən onu dinləməyimi xahiş etdi. Səfiri dinlədikdən sonra iki ölkə arasındakı münasibətlərin mürəkkəbliyinin nə qədər dərin olduğunu anladım. Azərbaycana getməklə bağlı təklifi parlament seçkiləri dövründə qəbul etdim. Bu səfər Azərbaycanın demokratik sistemini yaxından tanımaqla bağlı istəyimə uyğun idi”.

J.Geryo Azərbaycanın Fransa üçün strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, təbii sərvətlərlə zəngin olan Azərbaycana sərmayə yatırmağın əhəmiyyətinə toxunaraq, fransız şirkətlərini ölkəmizə dəvət edib.

Fransız senator 1990-cı illərdə Azərbaycanın çox çətin vəziyyətdə olduğunu xatırladaraq, qısa müddət ərzində nail olduğu iqtisadi inkişafı vurğulayıb, Bakının Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Alov Qüllələri kimi müasir memarlıq abidələrindən danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın roluna toxunan senator bildirib ki, Fransa həmsədr ölkə kimi hər iki tərəfə eyni münasibət göstərməli və münaqişənin həllində fəal olmalıdır.

Senator azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığına toxunaraq, Bakıda soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıldığını vurğulayıb. Bildirib ki, iki ölkə arasındakı münaqişədən danışanda təkcə Dağlıq Qarabağ regionunun deyil, işğal altında olan digər rayonların da adı çəkilməlidir.

Müsahibədə Şarl de Qollun Bakıya səfərindən də bəhs olunub.

Tarix
2020.02.14 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla