Yuxarı

Tiktokda ilk paylaşımını etdi, saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktokda ilk paylaşımını etdi, saxlanıldı

Tiktokda paylaşdığı videoda söyüş söyən saxlanılıb.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, Şərur rayon sakini 47 yaşlı Rəsul Hüseynov adı çəkilən sosial şəbəkə platformasında özünə məxsus səhifədə nalayiq ifadələr səsləndirdiyi video paylaşıb. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.

Bu hərəkətinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Rəsul Hüseynov bildirib ki, dostu ilə Arpaçaya gedib və dostu ona su atdığı üçün sərxoş halda söyüş söyüb. O, ilk dəfədir ki, sosial şəbəkəyə girdiyini və əməlindən peşman olduğunu deyərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə R.Hüseynov 500 manat məbləğində inzibati qaydada cərimələnib.

Tarix
2026.08.04 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla