Yuxarı

“Veysəloğlu”dan qiymətlərin artması ilə bağlı – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Veysəloğlu”dan qiymətlərin artması ilə bağlı – Açıqlama

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə manatın məzənnəsinin ABŞ dollarına nisbətən aşağı düşməsi "Veysəloğlu" şirkətinin distribüterlik etdiyi məhsullarda süni qiymət artımına səbəb olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə "Veysəloğlu" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov məlumat yayıb:

"Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin artması şirkət üçün də təsirsiz ötüşməyəcək. Lakin bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Şirkət distribüterlik etdiyi məhsulları bu gün də köhnə qiymətlərlə topdan və pərakəndə satış mərkəzlərinə təqdim etməkdədir".

İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, qiymətlərdə baş verə biləcək hər hansı dəyişikliklər şirkətin kommersiya fəaliyyəti ilə bağlı olan cari proseslərdir, hazırda isə heç bir qiymət artımı yoxdur və planlaşdırılmır:

"Bu gün ictimaiyyətdə "Veysəloğlu" şirkəti tərəfindən topdan və pərakəndə satış mərkəzlərinə təqdim olunan məhsullarda qiymət atımının müşahidə edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alır.

Pərakəndə və topdan satış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, "Veysəloğlu" şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın. Bu istiqamətdə isə şirkət rəhbərliyi tərəfindən heç bir qərar qəbul edilməyib.

"Veysəloğlu" şirkəti olaraq topdansatış və pərakəndə satış mərkəzlərinin diqqətinə çatdırırıq ki, bu kimi hallarla rastlaşdıqda şirkətdə yaradılmış 050 254 54 29 qaynar xətt nömrəsinə zəng edərək məlumat versinlər".

Tarix
2015.02.24 / 17:58
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla