Yuxarı

Tiflis Moskvadan ehtiyatlandı, iclasdan imtina etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis Moskvadan ehtiyatlandı, iclasdan imtina etdi

Gürcüstan tərəfinin xahişinə əsasən Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclası bu ilin may ayında Tiflisdə deyil, Strasburqda keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani məlumat verib.

Nazir bildirib ki, Avropa Şurası Nazirlər Komitəsinin iclasının əvvəlcə bu ilin may ayında Tiflisdə keçirilməsi nəzərdə tutulmuşdu:

"Avropa Şurasına üzv olan 47 ölkənin yüksək səviyyəli nümayəndə heyətini Gürcüstanda qəbul etmək bizim üçün böyük şərəfdir. Lakin biz ölkədə sabitliyin yenidən pozulmasına imkan verə bilməzdik. Ona görə də iclasın Strasburqda keçirilməsi barədə qərar qəbul olundu".

Xatırladaq ki, Avropa Şurasının yüksək səviyyəli tədbirlər üçün öz nizamnaməsi var və Gürcüstan sədr ölkə olaraq bütün məsələləri katiblik səviyyəsində koordinasiya edir.

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik ötən il noyabrın 27-dən etibarən 6 ay müddətinə (2020-ci il mayın 15-dək) Gürcüstana keçib. Sədrlik dövründə Gürcüstanda Avropa Şurasının ümumilikdə 20-dək tədbirinin keçirilməsi planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, keçən ilin iyun ayında Pravoslavlıq Parlamentlərarası Assambleyanın Tiflisdə keçirilən iclasında rusiyalı deputat Sergey Qavrilovun çıxışından sonra Gürcüstanda siyasi vəziyyət gərginləşdi. Parlamentdə təmsil olunan müxalifət nümayəndələri sessiyanın rusiyalı deputat tərəfindən açılmasına etiraz edəndən sonra Rusiya nümayəndə heyəti parlament binasını tərk etməyə məcbur olub. Bundan sonra uzun müddət səngiməyən mitinqlər keçirilib.

Gürcüstan hökuməti may ayında Tiflisdə Avropa Şurası Nazirlər Komitəsinin iclasında Rusiya tərəfinin iştirakı zamanı yenidən gərginliyin yaşanmaması üçün toplantının Strasburqda keçirilməsi ilə bağlı Avropa Şurası katibliyinə müraciət edib.

Tarix
2020.02.26 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla