Yuxarı

Prezidentin təbrikində sərt xəbərdarlıq... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təbrikində sərt xəbərdarlıq... – Şərh

Koronavirus pandemiyası səbəbilə martın 14-də elan olunmuş qaydalar virusun insanlar arasında yayılmasının qarşısını almaq məqsədi güdür. Ölkə başçısı bu məsələni birbaşa öz nəzarətinə götürüb. Heç təsadüfi deyil ki, Prezident bayram təbrikində “bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq” ifadəsini işlədib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbriki zamanı qeyd etdiyi aktual məsələləri şərh edərkən deyib. O bildirib ki, Prezidentin təbrikində diqqət çəkən məqamlar çoxdur:

“Ölkə başçısı hər il olduğu kimi, bu il də Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. Amma budəfəki təbrikində ölkə başçısı dünyada və ölkəmizdə baş verən aktual məsələlərə xüsusi yer ayırdı. Bu gün dünyanın çətin bir dövrdən keçdiyini deyən ölkə başçısı baş verən proseslərin ölkəmizdə də hiss edildiyini vurğuladı. Xüsusilə koronavirus pandemiyasının ölkəmizdə də olması və bu virusa qarşı alınan qabaqlayıcı tədbirlərdən bəhs etdi. Bu gün hökumət ciddi addımlar atır. Bunun nəticəsidir ki, Azərbaycanda koronavirus nəzarət altındadır”.

Politoloq qeyd edib ki, Prezident xalqa təbriki zamanı mövcud vəziyyət çərçivəsində hökuməti lazımı tədbirlər görməməkdə ittiham edənlərə də cavab verib:

“Bu gün Azərbaycanda koronavirus pandemiyasının qarşısını almaq məqsədilə işlər gedir. Buna baxmayaraq, görülən işləri hər dəfəsində qaralamağa çalışan qüvvələr mövcuddur. Əslində bu qüvvələr hər zaman olub. Prezident də hökumətin əsaslı işlər gördüyünü qeyd edib. Bu gün bu virus təkcə Azərbaycanda deyil, dünyanın 120-dən çox ölkəsində var. Almaniya, İtaliya, hətta ABŞ-ın özündə belə etiraf edirlər ki, biz bu cür genişmiqyaslı bir xəstəliyə hazır deyildik. Azərbaycanda vəziyyət digər, hətta inkişaf etmiş ölkələrlə müqayisədə çox yaxşıdır. Ölkə başçısı bu səbəbdən hökumətin gördüyü işlərə, xüsusən də dezinformasiyalarla xalqı təşvişə salan təxribatçılara sərt xəbərdarlıq etdi”.

Tarix
2020.03.20 / 10:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan

İlham Əliyev iki ölkə liderini təbrik etdi

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla