Yuxarı

Milli Observatoriyanın fəaliyyət - İstiqamətləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Observatoriyanın fəaliyyət - İstiqamətləri

Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanının icrası olaraq, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmaqla, Observatoriyanın Nizamnaməsi və strukturu təsdiq edilib.

Nazirlikdən Axar.az-a bildirilib ki, nizamnaməsinə uyğun olaraq, Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanması və həyata keçirilməsində iştirak edəcək.

Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi bu publik hüquqi şəxsin əsas vəzifələri sırasındadır.

Observatoriya iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin və keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraiti təhlil edəcək. Bu əsasda cari və perspektiv proqnozlar hazırlayacaq.

İqtisadiyyatın rəqabətədavamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirəcək.

Qurum əmək bazarının müxtəlif seqmentlərində tələb və təklif arasında uyğunsuzluğun müəyyən edilməsi və aradan qaldırılması üçün monitorinqlər və sorğular aparacaq. Onların nəticəsindən asılı olaraq təkliflər, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbat üzrə qısamüddətli, ortamüddətli və üzunmüddətli proqnozlar hazırlayacaq.

Qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində fəaliyyətin təkmilləşdirilməsi üçün təkliflərin, eləcə də sosial müdafiə, əhali sakinliyi və demoqrafiya sahəsi ilə bağlı proqnozlar və səmərəli qərarların qəbul edilməsi üçün təkliflərin hazırlanması və s. də Observatoriyanın vəzifələrinə daxildir.

Tarix
2020.03.20 / 16:39
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla