Yuxarı

Qarabağ dəhşətlərini əks etdirən fotolara baxsınlar ki... - Kılıç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ dəhşətlərini əks etdirən fotolara baxsınlar ki... - Kılıç

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktlarına hüquqi-siyasi qiymət vermək dünya ictimaiyyətinin mənəvi borcudur. 1918-ci il martın son günlərindən başlayaraq təxminən aprelin 4-nə qədər Azərbaycan xalqına qarşı törədilən qanlı hadisələr heç vaxt unudula bilməz. Ermənilər bu hadisələrə dair gerçəkləri etiraf etməyə borcludurlar.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Azərbaycanın paytaxtı daxil olmaqla, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilərin törətdikləri soyqırımı hadisələrini insanlıq əleyhinə cinayət kimi dəyərləndirən səfir deyib: “Erməni millətçiləri və diaspor təşkilatları uzun zaman kəsiyində saxta “erməni soyqırımı” mövzusu ilə dünya birliyini aldadıblar. Lakin Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra vəziyyət dəyişdi. Sovetlər birliyinin süqutu ərəfəsindən başlayaraq ermənilərin Dağlıq Qarabağa əsasız iddiaları onların əsl xislətini ortaya qoydu. Müasir dünyanın gözü qarşısında Xocalıda soyqırımı törətdilər. Saxta “erməni soyqırımı” mövzusundan bəhs edənlər yaxşı olar ki, Qubadakı kütləvi məzarlığı ziyarət etsinlər, məhz avropalı telejurnalistlərin Xocalı soyqırımına dair lentə aldıqları filmlərə baxsınlar, bu bəşəri cinayətin dəhşətlərini əks etdirən fotoları görsünlər ki, bəlkə vicdanları oyana”.

Səfir qeyd edib ki, 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında" Fərman Azərbaycan və Türkiyə üçün saxta “erməni soyqırımı” məsələsinin ifşa etməkdən ötrü fəaliyyət istiqamətidir. Hamılıqla, ziyalıları, gəncləri səfərbər edib bu istiqamətdə səylərimizi gücləndirməliyik.

Tarix
2020.03.29 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla