Yuxarı

Nazirliyin əməkdaşı güllələndi - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin əməkdaşı güllələndi - Yeniləndi

2013-12-19 12:20:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin ətraf mühitin böyük mütəxəssis-mühafizə yegeri İsmayılov Pərviz Rüstəm oğlu ərazidə reyd keçirərkən kimliyi bilinməyən şəxslər tərəfindən ov tüfəngi ilə güllələnib.

Məlumata görə, P.İsmayılov Bərdə rayonun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı əkin sahəsində xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar qanunsuz ov edilməsinə qarşı mübarizə aparmaq məqsədi ilə reyd keçirən zaman ərazidə iki nəfər naməlum şəxsin ov silahları olduğunu görüb.

O, həmin şəxslərin ov etmələrinin qanuni olub-olmadığını araşdırmağa cəhd etdikdə, həmin naməlum şəxslərdən bir nəfəri Pərviz İsmayılova həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə ov tüfəngindən bir dəfə atəş açaraq sağ sarğı və hər iki budun arxa səthinin yeddi ədəd deşilmiş qırma yaraları xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır. (Azvision.az)

***

2013-12-19 14:28:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Bərdədə baş verən hadisə ilə bağlı məlumat verib. İ.İbrahimova AzNews.az-ın əməkdaşı ilə söhbətində faktı təsdiqləyib: "Nazirliyin 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Tərtər, Yevlax, Bərdə və Ağdaş rayonlarını əhatə edir) mühafizə yegeri Pərviz İsmayılov Bərdə rayonunun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı sahədə qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə keçirilən növbəti reyd zamanı naməlum şəxslər tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Belə ki, qanunsuz ov edən şəxslər xidməti vəzifəsini yerinə yetirən P.İsmayılovun ərazini tərk etmək və silahları təhvil vermək tələbinə məhəl qoymayıb və onlardan biri ov tüfəngi ilə atəş açaraq onu bud nahiyəsindən yaralayıb.

Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır".

Tarix
2013.12.19 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla