Yuxarı

Karantinə görə ən yüksək cərimələr hardadır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantinə görə ən yüksək cərimələr hardadır?

Almaniyanın Saksoniya-Anhalt vilayətində koronavirusla mübarizə çərçivəsində tətbiq edilən cərimələr dünya mediasının diqqətini çəkib.

Axar.az xəbər verir ki, karantin rejimini pozanlar üçün bu vilayətdə tətbiq edilən cərimələr çox yüksək olması ilə seçilir.

Belə ki, Saksoniya-Anhalt vilayətinə turistik girişə görə 400 avro cərimə nəzərdə tutulub. Karantin qaydalarını pozmaqla 2 metrdən az məsafə saxlayan şəxslər isə 1000 avro cərimələnir.

Uşaq oyun yerlərində (açıq havada) oynamaq 100 avro, xəstəxanalarda və ya qocalar evində görüşə görə 250 avro cərimə var.

Virus şübhəsi olan və ya yoluxmuş şəxslə əlaqədə olmağa görə cərimə 500 avrodur.

Ailə üzvü olmayan şəxslə gəzintiyə və ya bir nəfərdən (ailə üzvü olması mütləqdir) artıq şəxlə gəzintiyə, meşə, çay və ya göl kənarlarında piknikə görə 250 avro cərimə alınır.

Polisin göstərişinə qarşı çıxmaq isə 2000 avro, bu hal ikinci dəfə təkrarlanarsa, 25000 avro cərimə və ya 2 il həbsə səbəb olur.

Tarix
2020.04.04 / 16:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla