Yuxarı

Millət vəkili daha 200 ailəyə yardım göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili daha 200 ailəyə yardım göndərdi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun 105 saylı seçki dairəsi ərazisində yaşayan daha 200-dən çox ailəyə yardım göndərib.

Bu barədə Axar.az-a millət vəkilinin köməkçisi İlqar Kərimov məlumat verib. O bildirib ki, yardım koronavirus pandemiyasından qorunmaq üçün tibbi maska, spirt, gel və digər dezinfeksiyaedici vasitələrdən, həmçinin ərzaq paketlərindən ibarətdir.

O, yardımların 200-dən çox şəhid ailəsi, aztəminatlı insanlara, eləcə də tənha şəxslərə çatdırıldığını deyib.

İ.Kərimov yardım göstərilən ailələrlə maarifləndirici söhbətlər də apardıqlarını vurğulayıb, sakinlərə cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyin öz səhhətləri üçün nə qədər vacib olduğunun izah edildiyini bildirib.

Millət vəkili Qənirə Paşayeva isə bu addımın Heydər Əliyev Fondunun başlatdığı böyük kampaniyadan örnək alaraq atıldığını və davamlı olacağını bildirib O, həmçinin 200-dən çox ailəyə göndərilən son yardımın çatdırılmasında onunla bərabər zəhməti keçən tovuzlu iş adamı Nəhayət Nəbiyevə və tovuzlu ziyalı İlahə İsgəndərovaya təşəkkürünü bildirib.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bundan öncə 105 saylı Tovuz seçki dairəsinin ərazisində yerləşən 600-dək Qarabağ müharibəsi veteranı, Qarabağ əlili və şəhid ailəsinə əzraq və tibbi-gigiyenik vasitələr göndərmişdi.

Tarix
2020.04.08 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla