Yuxarı

ABŞ çəkildi: bölgə daha təhlükəli duruma gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ çəkildi: bölgə daha təhlükəli duruma gəlir

ABŞ-ın böyük bir qüvvəsinin bu bölgəyə göndərilməsi, məncə, neft quyularının qorunması üçündür.

Bu sözlər Axar.az-a Güney azərbaycanlı siyasi təhlilçi Rza Talıbi ABŞ hərbi texnikasının Suriyanın Hasekə bölgəsinə göndərilməsi ilə bağlı danışarkən deyib. O, bu addımı iki səbəblə əlaqələndirib:

“ABŞ qüvvələri aprelin 4-də ölkədəki hava bazasını hökumətə təhvil verərək, demək olar ki, tamamilə İraqdan çəkildi. Bunun iki səbəbi var. Bir tərəfdən həm ev sahibi, həm də qonaq diplomatik məsələlərdə daha bir-birinə güvənmir. İkinci məsələ isə İraq hökuməti dəfələrlə İrana da, ABŞ-a da nota verib ki, ölkənin savaş meydanına çevrilməsinə izn vermirik. Təəssüf ki, ABŞ-İran, eləcə də digər şiə milisləri ilə bütün savaşlar İraqda baş verir. İraqda indi hökumət yoxdur, buna görə problemlər var. Digər tərəfdən koronavirus pandemiyası ilə mübarizə aparır. ABŞ və İran da indi daha böyük bir məsələ - koronavirusla ilə əlbəyaxadırlar. Pandemiya bu iki qüvvəni kənara çəkdi. Bölgədə cərəyan edən hadisələri izlədikdə ABŞ qüvvələrinin buradan azaldıldığını görürük”.

Rza Talıbi bildirib ki, ABŞ qüvvələrinin İraqdan çıxması ölkəni daha təhlükəli hala gətirəcək:

“ABŞ-ın çəkilməsi, düşünürəm ki, İraqı daha güvənsiz hala gətirəcək. İranın əli uzanacaq, açıq şəkildə manevrlər edəcək. Özəlliklə Suriyada neft məsələsi, o cümlədən, oradakı kürd milislərini qorumaq zərurətindən ABŞ hərbi texnikasının bu bölgəyə getməsi, məncə, iqtisadi məsələdən qaynaqlanır. Burada boşluğun yaranması İranın yararınadır. Koronavirusla mübarizədən dolayı İran bundan nə qədər yararlanacaq, o da görünəcək. Çünki İran hazırda koronavirus problemi, iqtisadi çöküş, büdcə çatışmazlığı səbəbindən çox gücsüzləşib. İranın nefti hazırda qara bazarda 8-9 dollardır. Bu büdcə ilə İran İraqda necə savaş aparacaq? İranın hazırki durumu həm İraq, həm də ABŞ üçün avantajdır. Buna görə də ABŞ Suriyaya girərək öz maddi qaynaqlarını qorumaq istəyir. Koronavirus məsələsi həll olana qədər bölgədəki ciddi addımları görməyəcəyik. Bundan sonra iqtisadi savaş gedəcək”.

Tarix
2020.04.09 / 08:00
Müəllif
Aytac Araz
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla