Yuxarı

Xalq artistinin bir sözü ilə ara niyə qarışdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az politoloq Qabil Hüseynlinin xalq artisti Afaq Bəşirqızının məlum açıqlamasından sonra gündəmə gələn “şəhərli-kəndli” mövzusu barədə müsahibəsini təqdim edir:

- Qabil bəy, Afaq Bəşirqızının bir sözü ilə bu gün sosial şəbəkələrdə “kəndli-şəhərli” mövzusunun gündəmə gəlməsi sübut edir ki, bu bölücülüyün kökü var. Nədir bu problemin əsl səbəbi?

- Həqiqətən də bu gün cəmiyyətimizə və ən əsası dövrümüzə yaraşmayan bir mövzu – “şəhərli-kəndli” məsələsi müzakirə edilir. Təəssüf ki, bəzən xalqın sevdiyi sənətkarların da dilindən bu barədə fikirlər eşidirik. Ola bilər, kimsə şəhərli olduğu üçün özünü kimdənsə üstün görsün, lakin burada heç bir xüsusi status yoxdur. Mən istərdim, məsələyə elmi konteksdən yanaşım. Kəndli-şəhərli terminləri hər cəmiyyətdə olub. Əslində, insanların bu mövzuda hələ də özünəməxsus fikir bildirməsinin əsas səbəbi tarixi inkişaf mərhələsini yaxşı bilməməsidir. Qədim dövrlərə nəzər salsaq, görə bilərik ki, ilk insanlar nə şəhərdə yaşayıb, nə də kənddə. İnsanları bir araya gətirən ilkin ünsür onların bir-birinə olan ehtiyacıdır. Bu, indi də belədir. Bizim bir-birimizə ehtiyacımız var: istər təhlükəsizlik, istərsə də maddi-mənəvi baxımdan. Ən qədim dövrdən insanlar öncə qəbilə, sonra tayfa halında yaşamağa başlayıb. Zamanın və dövrün tələbləri insanları kənar təsirlərdən qorumaq üçün özlərini qapalı divarlarla əhatələnən şəhərlər ardına sığınmağa vadar edib. Yəni ilk insanlar üçün şəhərli-kəndli olmağın elə də bir mənası yox idi. Şəhərlərin yaranması isə öz növbəsində sənətkarlığın və sənətkarların yaranmasına gətirib çıxardı. Bu gün bəzi sənətkarlar unutmamalıdırlar ki, şəhərləri yaradan kəndlilər olmasaydı, nə sənət olardı, nə də sənətkarlar.

- Sizcə, bu gün insanları kəndlərdən şəhərlərə gəlməyə vadar edən əsas amil nədir?

- Burada bir yox, bir neçə səbəb saymaq olar. İnsanlar müxtəlif səbəblərdən kəndlərdən şəhərlərə axın edirlər. Bu, bəzən maddi tələbatdan, bəzən isə həyati bir səbəbdən qaynaqlana bilər. Şübhəsiz, bu gün hər insan kənd yerində yaşamaq istəmir. Yəni düşünürlər ki, şəhərlər daha yaxşı yaşam standartı təmin edəcək və ya həyat səviyyəsi şəhərlərdə daha yaxşı olacaq. Bundan əlavə, istərdim, bir faktı da diqqətinizə çatdırım. Azərbaycan bu gün müharibə şəraitində olan bir ölkədir. Torpaqlarının 20 faizi düşmən işğalı altındadır. Qarabağ müharibəsi zamanı 1 milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb. Bu insanlar üçün getdikləri yerin şəhər və ya kənd olmasının elə də böyük bir əhəmiyyəti yox idi. Çünki bu insanların doğma torpağı işğal edilmiş, qohum-əqrəbaları həlak olmuşdu. Yəni demək istədiyim odur ki, insanlar heç də hər zaman öz istəklərindən şəhərlərə gəlmirlər.

Tarix
2020.04.14 / 15:21
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla