Yuxarı

Razılaşma masada qaldı: regionda güclər toqquşur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Razılaşma masada qaldı: regionda güclər toqquşur

Yaxın Şərq regionunda Qərbin və ABŞ-ın maraqları Rusiya, Türkiyə və İranın maraqları ilə uzlaşmır. Buna görə də burada tam bir sabitlik əldə etmək mümkün deyil.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu dünən Rusiya, Türkiyə və İran xarici işlər nazirləri arasında “Astana” formatında keçirilən görüş barədə danışarkən deyib.

O vurğulayıb ki, Yaxın Şərq regionunda, xüsusilə də Suriyada son günlər gərginlik yenidən artmağa başlayıb:

“Rusiya, Türkiyə və İran xarici işlər nazirləri arasında keçirilən “Astana” formatında görüş regionun gələcəyi üçün olduqca önəmli idi. Çünki bu formatın müzakirə edə biləcəyi bir çox mövzu var. Düzdür, görüşün əsas məqsədi koronavirus pandemiyası və onun regiona təsiri idi. Bundan əlavə, regionun təhlükəsizliyi məsələsi də tərəflərin əsas müzakirə mövzusu oldu. Xüsusilə son günlər Liviyada və Suriyada baş verən gərginliklər bu üçlüyün görüşünü daha da önəmli edirdi”.

Ekspertin sözlərinə görə, görüşdən sonra tərəflər regionda sabitliyin qorunması üçün səylərin artırılmasının vacib olduğunu vurğuladılar:

“Bununla belə, görüşdən sonrakı siyasi prosesləri izləmək lazımdır. Çünki bundan öncə də bənzər görüşlər keçirilib və regionda sabitliklə bağlı tam razılıq əldə edilməyib. Düzdür, bundan öncə razılaşmalar əldə olunsa da, bəziləri sadəcə kağız üzərində qalıb. Regionda bu gün tam mənasında sabitlik yoxdur. Maraqlı məqam isə müəyyən bir sabitliyə nail olduqda yenidən vəziyyətin gərginləşməsidir. Bu isə bir daha regionda müxtəlif güclərin maraqlarının toqquşduğuna dəlalət edir”.

Tarix
2020.04.24 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla