Yuxarı

Prezidentdən Bərdədə yeni açılışlar - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən Bərdədə yeni açılışlar - Foto

İlham Əliyev Bərdəyə səfəri çərçivəsində 1 nömrəli Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Axar.az xəbər verir ki, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbin tikintisinə 2014-cü ilin əvvəlində başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin mart ayında başa çatdırılıb.

Prezident İlham Əliyev şagirdlərin ifasını dinləyib və xatirə şəkli çəkdirilib.

Prezident həmçinin Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə də tanış olub.

Qeyd edək ki, 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndələrindən olan Əhməd bin Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa olunmuş və hündürlüyü 12,5 metr olan türbənin yerüstü hissəsi üç əsas memarlıq quruluşundan ibarətdir.

Türbə daşdan hörülmüş kürsülük, dairəvi gövdə və çadırvarı günbəzdən, yeraltı hissəsində dəfn üçün ayrılmış sərdabadan, yerüstü hissəsi isə xatirə abidəsindən ibarət olub. Bolşeviklərin Azərbaycanı işğal etmələrindən sonra abidənin kitabələri dağıdılıb, üzərində ərəb əlifbası ilə yazılan sözlərin bir hissəsi silinib. Uzun illər baxımsız qalan türbənin qala qapıları uçub dağılmış, özü bərbad vəziyyətə düşmüş, həyətyanı sahədə ağaclar qurumuş və yaxud qırılıb məhv edilmişdi. Abidənin ərazisinin xeyli hissəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunaraq müxtəlif məqsədlər üçün istifadə edilirdi.

Prezident İlham Əliyevin göstərişi ilə 2011-ci ildə Bərdə rayonunda başlanan genişmiqyaslı abadlıq və bərpa işləri türbənin təmirini gündəmə gətirmişdir. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən Bərdə türbəsində bərpa işlərinə başlanıb və bu proses davam etdirilir. Bərpaçılar tarixi abidəni əzəli görkəminə qaytarmaq üçün qiymətli tikinti materiallarından istifadə edirlər. Həyətyanı sahədə abadlıq-tikinti işləri aparılır.

İlham Əliyev Bərdəyə səfəri çərçivəsində həmçinin Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun açılışını edib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Yol 10 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 15,5 kilometr uzunluğundadır.

Burada dövlət başçısına əsaslı təmiri başa çatmış Alpoud-Mustafaağalı-Nazırlı-Qaratəpə avtomobil yolunun göstəriciləri barədə də məlumat verilib.

Bildirilib ki, 24 min nəfərdən çox əhali yaşayan 14 kəndi birləşdirən bu yolun çəkilməsinə dövlət büdcəsindən kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılıb.

Tarix
2015.03.13 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla