Yuxarı

ABŞ-ın İrana hərbi müdaxiləsi mümkündürmü? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İrana hərbi müdaxilə edəcəyini düşünmürəm. Əgər belə bir hal olsa, ABŞ-ı SSRİ-nin Əfqanıstandakı aqibəti gözləyir. Buna görə də birmənalı olaraq deyə bilərəm ki, ABŞ İrana hərbi müdaxilə etməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu ABŞ-ın İrana hərbi müdaxiləsi ilə bağlı ehtimalı şərh edərkən deyib. O vurğulayıb ki, müasir dövrdə dövlətlərin bir-birini təsir altına alması üçün birbaşa hərbi yola əl atması şərt deyil:

“Bunun ən bariz nümunəsi məhz ABŞ-dır. ABŞ dünyanın istənilən nöqtəsində olan ölkəni öz təsir dairəsinə salmaq üçün iqtisadi- siyasi yollarla təzyiqlər edir. Bu gün ABŞ faktiki olaraq Yaxın Şərqi öz təsiri altında saxlayır. İraq ABŞ üçün Yaxın Şərqin qapısı idi. Vaşinqton İraqa müdaxilədən sonra digər ölkələri də nəzarət altına ala bildi”.

Ekspertin sözlərinə görə, İranı digər qonşu ölkələrlə bir tutmaq düzgün deyil:

“İran hər hansı bir ərəb ölkəsi deyil. 1979-cu il İslam İnqilabına qədər İran faktiki olaraq Qərbin təsiri altında idi. Digər tərəfdən İranın daxilində xaricdən doğan bir deqradasiya gedirdi. Yəni Qərbə meyil etdiyi üçün şaha nifrət vardı. Bax bu vəziyyət İran inqilabının doğmasına zəmin yaratdı. Nəticədə İranda şah rejimini molla rejimi əvəz etdi. Lakin Qərbin, xüsusən də bu inqilabda xüsusi paya sahib olan ABŞ-ın hesablamadığı bəzi nüanslar üzə çıxdı. İranda hakimiyyətə gələn siyasi elita region üçün və xüsusilə ABŞ üçün ciddi təhlükəyə çevrildi. Yeni siyasi elita özünə iki əsas siyasi kursu seçdi: 1. İranda hakim şiə ideologiyasını regiona ixrac etmək; 2. Sionizmə qarşı mübarizə aparmaq.

Bu gün faktiki olaraq ABŞ bu təhlükəni hiss edir. İranın Yaxın Şərqdə apardığı “Şiə hilalı” planı ABŞ-ın regiondakı maraqlarına təhlükə törədir. Bu mənada ABŞ İranın işğalı üçün müxtəlif planlar hazırlayır. Lakin ABŞ-ın İranı hərbi baxımdan işğal etməsi heç də real deyil”.

Tarix
2020.04.28 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla