Yuxarı

Türkiyədə əməliyyatı tezləşdirən səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə əməliyyatı tezləşdirən səbəb

"Rüşvət və qaçaqmalçılıq əməliyyatı" bu il dekabrın 8-də Rza Zərrabın ofisindən çıxarkən Barış Gülərin onu alışqan şəkilli kamerayla çəkən polisi görməsindən sonra sürətləndirildiyi üzə çıxıb.

Hadisədən sonra Zərraba zəng edən Barış Gülər "alışqan kameralıdır, həmin şəxs yüz faiz sıravi geyimli polisdir",- deyib. Bir müddət sonra isə Barış Daxili İşlər naziri olan atasına zəng vurub vəziyyəti çatdırıb. Müəmmar Gülər də cavab verib:

"O şeyi qətiyyən elə etməyin. Mən o adamların kimliyini araşdıracağam".

Əməliyyatın vaxtından əvvəl başlamasına səbəb olan hadisələr belə başlayıb:

"İddiaya görə, Barış Gülər cari il oktyabrın 8-də Rza Zərrabın ofisindən çıxarkən əlində alışqan formalı kamera olan adamın ətrafı çəkdiyini görür. Bundan sonra tez Zərraba vəziyyəti izah edən Barış Gülər alışqanla çəkiliş aparan adamın sıravi geyimli polis olduğunu deyib. Şübhələndiyini və bu işi araşdıracağını söyləyən Barış Gülər vəziyyətdən narahat olduğunu bildirib. Zərrab isə Barış Gülərin hansı qurumun onu təqib edəcəyini başa düşə bilmədiyini deyib.

Oktyabrın 2-də Hikmət T. və Barış Gülərin oğlunun başqa bir telefon söhbətində isə Hikmət T. onları izləyən adamın təhlükəsizlik orqanları, ya da maliyyə şöbəsində işləyən polis olduğunu təxmin etdiklərini söylədikdən sonra bu adamların pencəklərinin qolunda kamera olduğunu dilə gətirib. Haqqında danışılan adamların şəkillərini çəkdiklərini söyləyən Hikmət T. bunların böyük ehtimalla polis olduğunu deyib".

Tarix
2013.12.20 / 12:44
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla