Yuxarı

Nazir müavini və rəis nə qədər rüşvət alıb? - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini və rəis nə qədər rüşvət alıb? - Siyahı

Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı həbs edilən nazir müavini Rafiq Yasin oğlu Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir İmran oğlu Sultanovun külli miqdarda dövlət vəsaitini mənimsəməsinə dair faktlar üzə çıxıb.

Axar.az DTX-nin əməliyyat videosuna istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun mənimsədiyi məbləğin bir qismi aşağıdakı kimidir:

* İrəvan Dövlət Dram Teatrı ilə bağlı layihə: Müqavilənin qiyməti - 11 milyon manat. İşi həyata keçirən “Piramida F.R” şirkətinə ödənilən məbləğ - 6 milyon manat. Zakir Sultanova çatan məbləğ - 900 min manat;

* Aşıq Buzalqanlının Ev Muzeyi və Tovuz Mədəniyyət Evi ilə bağlı layihə: Layihə üçün köçürülən vəsait - 6 milyon manat. Zakir Sultanova çatan məbləğ - 751 min manat.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun da mənimsədiyi məbləğin bir qismi məlum olub:

* Hər ay musiqi məktəblərindən çatan vəsait: Əvvəlcə ayda 9 min, daha sonra 11 min manat;

* Ay ərzində 15 idarədən yığılan məbləğ - 60 min manat;

* Şirkətlərin qaytardığı (“otqat”) vəsait - 290 min manat;

* Rayonlarda aparılan təmir işləri ilə əlaqədar ayrılan vəsait - 1 milyon 500 min manat. Rafiq Bayramova çatan vəsait - 150 min manat…

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2020.05.12 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla