"Son zamanlar bəzi erməni
yazarlar Qarabağla bağlı açıq etiraflar edərək ermənilərin əsl üzü
haqqında və vaxtilə vətənlərinə xəyanət etmələri ilə bağlı
inanılmaz həqiqətləri açıqlayıblar".
Bu haqda Axar.az-a ermənişünas, BDU-nun Erməni Araşdırma
Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi danışıb. Ekspert,
həmin şəxslərin hazırda Ermənistanda KQB tərəfindən izlənilərək
təqib edilidiyini bildirib:
"Bu şəxslərdən biri erməni əsilli amerikalı yazıçı Armen
Melikyandır ki, o, 2002-ci ildən indiyə qədər erməni hakimiyyət
dairələri tərəfindən təqib və təhqirlərə məruz qalır. Bütün bunlara
baxmayaraq, ermənilərlə bağlı fikrindən heç vaxt dönməyib. O,
ermənilərin sözdə ifadə etdiyi soyqırımın həqiqət olmadığını
bildirir. Bu yaxınlarda Los Ancelesdə keçirilən mətbuat
konfransında açıq şəkildə anadangəlmə qabiliyyətsiz ermənilərlə
mədəniyyət, ədəbiyyat və siyasət sahəsində bütün əlaqələrini köklü
şəkildə kəsdiyini və onların haramzada olduğunu bildirib.
O, 2002-ci ildə ABŞ tərəfindəın dövlət səviyyəsində Ermənistana
göndərilərək 2 il ərzində ABŞ və Ermənistanın epik ənənələrinin
tədqiqatı ilə məşğul olub. Onların çox ciddi bir milliyətçilik
xəstəliyinə tutulması haqqında yazaraq ermənilərə qarşı mübarizə
aparıb. "Virginland səyahəti" adlı romanını elə bu ərəfədə yazan
Melikyana KQB tərəfindən nəzarət o qədər güclü idi ki, 2011-ci ildə
kitabın əlyazmaları ələ keçirilən və təqiblərə məruz qalan yazıçı
ölkədən qaçmalı olub. Erməni yalanlarını üzə çıxaran bu kitab
ABŞ-da tamamlanmış və 11 mükafata layiq görülüb, hazırkı mövcud
erməni milli və dini rejimini pisləyən bir əsərdir. Erməniləri
sıfır şüurlu və sıfır hissiyatlı mənəvi meyitlər adlandıran
amerikalı Melikyan Ermənistan Milli Təhlükəszilik orqanlarının həbs
qərarına baxmayaraq, bu gün Amerika tərəfindən güclü şəkildə
mühafizə olunur. Ermənistanda "centelmen" adlandırılan və vətən
xaini kimi qələmə verilən bu şəxsin Xocalı soyqırımına
görə Azərbaycandan üzr istəyən və hazırda Stokholmda yaşayan Vahe
Avetiyanla əlaqələri var".
Ekspert çox önəmli məlumatları bölüşərək, hazırda Azərbaycan
vətəndaşı olmaq üçün Prezident İlham Əliyevə müraciət etmək istəyən
və Ermənistanda nüfuza malik olan bəzi şəxslərin erməni hökuməti
tərəfindən cəzalandırıldığını bildirib:
"Levon Cavatyan və "Elnara" adlı kitabın müəlifi Çubukçyan
hazırda həqiqətləri etiraf etdiklərinə görə bütün titullardan
məhrum olublar. İkinci şəxsin kitabında "Qarabağ sizindir və sizə
qurbandır" fikirləri açıq şəkildə etiraf olunur. Çubukçyan eyni
zamanda sabiq deputatdır. Hətta o, Prezident İlham Əliyevə müraciət
edərək Azərbaycan vətəndaşı olmaq istəsə də, ermənilər buna imkan
verməyib. Cavatyan bu gün Ermənistanda açıq şəkildə etiraf edir ki,
"500 il Türkiyənin tərkibində yaşamışıq və güzəranımız da çox yaxşı
olub. 1879-ci ildə Rusiya-Türkiyə müharibəsi zamanı biz öz
vətənimizi sataraq ruslara kömək etdik və türklərə qarşı vuruşduq.
İndi türklər belə halda bizə nə etməldir, başımıza sığal
çəkməlidirlər? Türklər ermənilərə qarşı heç vaxt soyqırım
törətməyib, erməniləri məhz xəyanətlərinə görə köçürüblər. Qeyd
edim ki, hazırda ermənilərin işğalçı siyasətini, uydurma soyqırımı
qəti şəkildə psiləyən bu şəxslər həqiqətləri etiraf etdiklərinə
görə çox pis həyat tərzinə məruz qalıblar".