Yuxarı

İyrənc səhnədir: siyasi karantin elan edək...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın “zum” (zoom) üzərindən keçirdiyi məlum toplantı ətrafında müzakirələr bitmək bilmir. Sosial şəbəkələrdə hətta radikal müxalifətin öz tərəfdarları belə təəccüb içində olduqlarını gizlətmirlər.

Salam verilməyəcək bir dəstə adam” - Xədicə İsmayıl iclasda iştirak edənləri belə adlandırıb.

Anlaşılandır. Yayılan video iclasın və iştirakçıların mahiyyətini, səviyyəsini bütün çılpaqlığı ilə ortaya qoyub və onlardan səmimiyyətlə, sadəlövhcəsinə hələ də nicat gözləyən, ümid bəsləyən insanlarda “soyuq duş” effekti yaradıb.

Bilmirsən güləsən, yoxsa ağlayasan...

Bu nə məzhəkədir?! Bu nə leksikon, bu nə dünyagörüşüdür? Bunlar bu düşüncə ilə hakimiyyətə iddia etməyə cəhd göstərirlər? Bunlar həqiqətənmi ziyalıdırlar?

Hələ aralarındakı qadının danışıq tərzi, qeyri-etik ifadələri rahatca həzmetmələr... Müxalifətin “başbilənləri” bir araya gələndə müzakirə predmetləri, ifadə tərzləri budurmu?

İndi Azərbaycanın qarşılaşdığı problemlər, çətinliklər nələrdir? Ölkədə hansı proseslər gedir? Müxalifət boyundan həddən artıq uca olan işləri, prosesləri, pandemiya ilə mübarizəni görə bilirmi? Yoxsa bu ucalıqdakı proseslərə baxmaq üçün başlarını qaldıranda papaqları, örpəkləri başlarından sözün bütün mənalarında düşür və nəticədə belə bir mənzərə ortaya çıxır?

Özünü ziyalı hesab edən, hətta ölkə idarəetməsinə iddialı olan şəxslər ən azı pandemiyanı, iqtisadi prosesləri, dünyada baş verənləri və Azərbaycanın reaksiyasını müzakirəyə çıxara bilərdi. Amma ağsaqqal deyil, saçı-saqqalı ağarmış ahıl kişilər bir qadının da iştirakı ilə cinsi azlıqlar məsələsini müzakirəyə çıxardı, jarqonlarla hansısa jurnalistin cinsi oriyentasiyasına şəbədə etdi. Bu müzakirə deyil, qeybətdir, həm də ən aşağı səviyyəli qeybət, səviyyəsizliyin dibi.

Təəssüf ki, bu varlıqlar səviyyəsizliyin dibindən başlarını çıxarıb özlərinə haqq qazandırmaq və ya alibi axtarışlarına baş vurmaq rəzilliyinə qədər enirlər. Hətta özlərini haqlı göstərməyə çalışırlar. “Kibercinayət”dən dəm vururlar.

Lap tutaq ki, bu iclasın videosu həqiqətən sizin iradənizdən kənar yayılıb. Siyasi mübarizə apardığını, hakimiyyətə qarşı sərt mövqedə olduğunu elan edən siyasi qüvvə fərqində olmalıdır ki, opponentləri onları izləyə də bilər, ən zəif yerlərindən vura da bilər.

Eyni zamanda biz yayılan videodan onu da görürük ki, saç-saqqallarını ağartmış müxaliflər iclasın açıq keçirildiyini yaxşı bilirlər. Hətta birinin “canlı yayımdayıq” xəbərdarlığına digəri “olsun da” deyə etinasız reaksiya verir...

Çalxalandıqca zaman nehrə kimi...

Məsələ burasındadır ki, əslində bu adamları az-çox tanıyanların hər biri bilir ki, onların İQ səviyyəsi elə budur. Onlar “tükəzbanvari” söhbətlərə müəlliflik edib hırıldayacaq qədər primitiv təfəkkürə sahibdirlər.

Bu ölkənin siyasi elitası məhz bu xalqın dəyərləri üzərində çoxdan formalaşıb və artıq Birinci vitse-prezidentimizin simasında dəyərlərimizin simvolu olan Xanım var. Bu Xanımın sayəsində efir “milli şura” səviyyəsində özünü aparanlardan təmizlənir; bu Əxlaqın sayəsində 90-cılarda söyüş və dava meydanı olan Milli Məclis ziyalıların söz toqquşması və intellekt meydanına çevrilir; Bu Dəyərin sayəsində MM-ə yaraşmayan ifadə işlətdiyinə görə adamı cəmiyyətdən də, siyasi həyatdan da “başıtorbalı” götürürlər.

Biz siyasi mübarizəyə də məhz bu yanaşmanın, bu davranışın gəlməsini arzu edirdik.

Amma nəyin şahidi oluruq?! - Xaricdə oturub sosial şəbəkələrdə hakimiyyətin ən nüfuzlu şəxslərini (əslində isə dövlətçilik dəyərlərimizi, simvollarımızı) ən ağır söyüşlərlə təhqir edən, aşağılamağa cəhd edən məxluqları, “Milli Şura” adına milliliyə qətiyyən aidiyyəti olmayan və bolşevik şuralarını xatırladan, 1990-lardan bu yana, 30 ildə bir qram dəyişməyən küçə psixologiyalı siyasət dəllallarını...

Bu təfəkkürlə “demokratiya davası” apardığını elan edənlərin faşist düşüncəsi ən ağrılı məqamdır. Cinsi azlıqlara münasibət deyil bu “öldürmək - kökünü kəsmək” yanğısı. Mental yanaşma da deyil. Bu, yırtıcı mağara təfəkkürüdür. Liberal-demokratik dəyərlərə qarşı ziddiyyətin nümayişidir.

Dünənədək aldıqları qrantlara görə cinsi azlıqlarla bağlı keçirilən aksiyaları dəstəkləyən, onlara münasibətdə liberal dəyərlərdən dəm vuranların təfəkkürcə “tükəzbançılıq”dan fərqlənməməsidir. Bu adamlara aydın deyil ki, cinsi azlığın nümayəndəsi olmaq, onların öz təbirincə, “gey” olmaq, əxlaqsızlıq deyil. Bu, yumşaq şəkildə ifadə etsək, xəstəlikdir. Və o qədər ağrılıdır ki, siyasilər adətən o barədə ümumiyyətlə danışmırlar, yalnız onların da digərləri kimi hüquqlarını tanıyırlar, vəssalam!

Yəni məsələ bu qədər sadə və bəsitdir.

Siyasi pandemiya...

İyrənc bir səhnəydi. Bir daha üzləşmək istəməzdik. Müxalifət belə olmalı deyil. Müxalifətin missiyası da bu deyil. Cəmiyyətin onlardan gözləntiləri tamamilə fərqlidir. Müxalifətçilik – sadəcə bir tənqidçilik missiyası, hakimiyyətə iddia da deyil. Müxalifətçilik həm də dünyagörüşüdür, fərqli baxış və alternativ modeldir.

Model ortaya qoya bilmirlər, əvəzində ictimai yerdə, hətta iki şəxs arasında işlədilməsi məqbul olmayan ifadələrə ictimai status verməyə çalışırlar.

Bu, mənəvi dəyərlərimizin içinə atılan virusdur, həm də təhlükəli virus.

Koronavirusa görə fiziki sağlamlığımız üçün karantin elan olunubsa, öz mənəviyyatımızı, xalqımızın əxlaqını, dəyərlərini qorumaq üçün mənəvi karantin elan etməli və belə viruslardan qorunmalıyıq. Xüsusilə gəncləri qorumaq lazımdır: bu viruslar gəncləri mənəvi aşınmaya məruz qoya bilər; bu viruslar gənclərdə yanlış olaraq qeyri-etik sözləri hər yerdə işlətmək olar deyə, bir təfəkkür formalaşdıra bilər.

Bu virusların peyvəndi yoxdur, olmayıb və olmayacaq: bu viruslardan yalnız qorunmaq lazımdır – ailə əxlaqı, ailə dəyərləri, milli ənənələrlə.

Tarix
2020.05.16 / 09:00
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla