Yuxarı

Karantin rejimi ilin sonunadək olacaq - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantin rejimi ilin sonunadək olacaq - Rəsmi

Beynəlxalq təcrübə göstərir ki, bütün dünya ölkələri vətəndaşları bu virusla birgə yaşamağa çağırır.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Virus aramızda qalmağa davam edəcəkdir. Yaxın bir il ərzində vaksinin əldə olunması gözlənilmir. Antivirus dərmanı da olmadığı üçün biz qaydalar çərçivəsində yaşamağa alışmalıyıq", - R.Bayramlı bildirib.

O əlavə edib ki, bu ilin sonunadək ölkədə karantin rejimi davam edəcək:

"Ola bilsin ki, xüsusi karantin rejimindən yumşaltmalarla tədricən çıxdıq. Ancaq ümumi karantin rejimi ilin sonunadək davam edəcək. Bizim tibbi imkanlarımız xəstələrin vaxtında aşkar olunub, müalicə edilməsi üçün adekvatdır. Lakin gedişat vətəndaşların sosial məsuliyyətindən asılıdır. Tibbi maska və sosial məsafə ilə ən azı il sonunadək yaşayacağıq. Xüsusilə 65 yaşdan yuxarı vətəndaşlarımızdan bu qaydalara riayət etmələrini xahiş edirik".

İbrahim Məmmədov əlavə edib ki, karantin rejimi qaydalarına riayət etmək məcburidir və maskadan istifadə edilməməsinə görə inzibati məsuliyyətin tətbiq olunması mümkündür.

Tarix
2020.05.15 / 18:06
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla