Yuxarı

Kommersant: “Ankara Moskvanı yox, Bakını seçdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kommersant: “Ankara Moskvanı yox, Bakını seçdi”

Türkiyə ilə Rusiya arasında 10,25 faiz endirimi təmin edən razılaşmanın reallaşmadan ləğv edilməsi müəyyən müzakirələrə yol açıb.

Axar.az xəbər verir ki, BOTAŞ-ın son dəqiqədə müqaviləni imzalamaqdan imtina etməsi ölkə mətbuatının Ankaranın "Türk Axını"ndan sui-istifadə etməsi kimi fikirlər səsləndirməsinə yol açıb.

Nüfuzlu "Kommersant" qəzeti bir addım da önə gedərək "Türk Axını"nın ləğv edilmə təhlükəsinin olduğunu iddia edib:

"Ankara dolların sürətlə artması səbəbindən yerli təbii qaz şirkətlərinin işini asanlaşdırmaq məqsədi ilə "Türk Axını"ndan kart kimi istifadə edir. "Qazprom" endirim razılaşması imzalanmadan öncə ən azından Türkiyə iqtisadiyyatını araşdırmaq niyyətindədir. Türk tərəfi isə layihənin detalı ilə bağlı açıqlama vermir və Azərbaycanın TANAP layihəsini seçir. Bu layihəyə artıq start verildi".

Qəzet Azərbaycanla yeni layihənin başlanmasının ardından "Türk Axını"nın xeyli uzanma ehtimalının olduğunu da gizlətməyib.

Xatırladaq ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldızın yanvarın 1-də təbii qaz razılaşmasının əldə edildiyi və 10,25 faiz endirim olacağı barədə dediyi sözlərə baxmayaraq, müqavilə imzalanmadan ləğv olunub. Kreml rəhbəri Vladimir Putin də dekabrın 1-də Ankara səfərində Türkiyəyə 6 faiz endirim ediləcəyini demişdi.

Tarix
2015.03.19 / 08:45
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla