Yuxarı

"Azərişıq" Ağdamda tədbir keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərişıq" Ağdamda tədbir keçirdi - Foto

“Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksində media nümayəndələrinin iştirakı ilə "Azərişıq" ASC: Xidmətlərdə Rəqəmsal Transformasiya və İnnovasiyalar" adlı tədbir təşkil olunub.

Axar.az xəbər verir ki, hesabat xarakterli mətbuat konfransında əvvəlcə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev çıxış edərək “Azərişıq” ASC tərəfindən son 9 ay ərzində paylayıcı elektrik şəbəkələrində aparılan təmir və yenidənqurma işləri, infrastrukturun müasirləşdirilməsi barədə məlumat verib. Həmçinin rəqəmsallaşma və innovativ yeniliklərin tətbiqi istiqamətində həyata keçirilən layihələrdən söz açıb.

ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində, eləcə də elektron platformalar üzərindən təqdim edilən xidmətlər barədə geniş məlumatı diqqətə çatdırıb. Bildirib ki, hazırda istehlakçılara müxtəlif istiqamətlər üzrə 18 adda xidmət göstərilir. Xidmətlərin vahid platformada təqdim olunması və rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması məqsədilə “Azərişıq” ASC-nin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir.

İnformasiya Texnologiyaları Departamentinin direktor müavini Vüsal İsayev rəqəmsal inkişafın sürətləndirilməsi ilə bağlı görülən işlərdən bəhs edib. Vurğulayıb ki, vətəndaşlar "Azərişıq" ASC-nin 6 elektron xidmətindən "mygov" mobil tətbiqi vasitəsilə yararlana bilər. Vətəndaş məmnunluğunun və xidmətlərin əlçatanlığının artırılması üçün gələcəkdə bu say daha da artırılacaq.

Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev abonent sayı, alınan enerji, illər üzrə yığım və texniki itkilərin dinamikaları ilə bağlı danışıb. O, son illərdə həyata keçirilən yenidənqurma işlərinin və müasir texnologiyaların tətbiqinin bu göstəricilərə müsbət təsir etdiyini, nəticələrin ildən-ilə yaxşılaşdığını deyib.

"Azərişıq" ASC-nin sədrinin müşaviri Vüsal Qənbərov ölkə ərazisində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri barədə söhbət açıb. Qeyd edib ki, vətəndaşların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar yaradılır, həmçinin Transformator Məntəqələrində (TM) təmir işləri aparılır. Kənd və qəsəbələrdə, eləcə də rayon mərkəzlərində metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Yaşayış məntəqələrində müasir tipli yeni sayğaclar quraşdırılır.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Tarix
2026.10.15 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla