Yuxarı

Abbas ABŞ-dan üz çevirdi və Putinə sığındı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbas ABŞ-dan üz çevirdi və Putinə sığındı

İsrail-Fələstin münaqişəsinin yeganə həll yolu “iki dövlət” prinsiplərinin yerinə yetirilməsidir. Yəni Fələstinin dövlət olaraq suverenliyi tanınmalıdır. Bu münaqişənin həllində tək və ən real həll yoludur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Fələstin lideri Mahmud Abbasın Rusiya Prezidenti Vladimir Putindən Fələstin-İsrail münaqişəsinə dair beynəlxalq konfrans keçirmələrini istəməsini şərh edərkən deyib. O bildirib ki, Rusiya Yaxın Şərq regionunda baş verən bütün münaqişələrdə vasitəçi ölkə kimi çıxış edir:

“Yəni Rusiya üçün regionda baş verən siyasi proseslər heç də yad deyil. Nəzərə almaq lazımdır ki, SSRİ də regionda aktiv siyasət aparırdı. Hətta Yaxın Şərqin bir çox ölkəsi SSRİ ilə müttəfiq səviyyəsində idi. Bu mənada bu gün SSRİ varisi olaraq Rusiya regionda öz sözünü demə imkanına sahibdir. Təbii ki, regionda ABŞ və AB-nin də maraqları var. Rusiya son zamanlar regionda diplomatik aktivlik göstərir. Xüsusilə də Suriya, Əfqanıstan, Liviya və s. ölkələrdə. Mən, xüsusilə, Əfqanıstanda Rusiyanın artan fəaliyyətinə də toxunmaq istərdim. Hansı ki, Əfqanıstanda son keçirilən prezident seçkiləri böyük qalmaqala səbəb oldu. Hətta ölkədə vətəndaş qarşıdurmasının başlanması belə real görünürdü. Lakin Rusiyanın diplomatik səyləri sonda koalisyon hökumətin qurulması ilə nəticələndi. Bu mənada Mahmud Abbasın Rusiyaya müraciəti həm də bu ölkənin regionda varlığının zəruriliyini xatırladır”.

Politoloq qeyd edib ki, M.Abbas Rusiyanın dəstəyi ilə həm Fələstinin hüquqlarını, həm də toxunulmazlığını təmin etməyə çalışır:

“Çünki son siyasi proseslər İsrailin regionda aqressiv siyasət apardığını yenidən gündəmə gətirib. İsrailin Qərbi Şəriyədəki yaşayış məskənləri və İordan vadisini ilhaq edəcəyi ilə bağlı açıqlaması faktiki olaraq Fələsitinin ərazi bütövlüyünü və suverenliyini itirməsi deməkdir. Bu mənada Fələstin rəhbəri ABŞ-ın dəstəklədiyi İsrail qarşısında Rusiyanın dəstəyini almaq istəyir”.

Tarix
2020.05.22 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla